O getdi, “Nu poqodi” isə yaşayacaq
"Dayan, görərsən”, "Əlimə düşərsən”, "Bir dayan...”
kimi dilimizə tərcümə olunan "Nu, poqodi” cizgi filminin yaradıcılarından biri,
Rusiyanın Əməkdar İncəsənət xadimi, satirik Aleksandr Kurlyandski dünyasını
dəyişib. 82 yaşında vəfat edən yazıçının ölümünün səbəbləri açıqlanmayıb.
Yazıçı ədəbiyyat üzrə ölkəsinin bir çox nüfuzlu mükafatlarını qazanıb. 1970 və
1977-ci illərdə ən yaxşı satirik və yumoristik əsərlərə, eləcə də rəsm və cizgi
filmlərinə görə verilən Qızıl Dana ədəbi mükafatına, daha sonra "Qızıl buzov”
mükafatına layiq görülüb. 2007-ci ildə Rusiya Federasiyasının əməkdar artisti
adını alan A.Kurlyandski həm də SSRİ
Dövlət Mükafatı laureatı idi. Bütün bu mükafatların fonunda onun adı "Nu,
poqodi”nin müəllifi kimi əbədiləşib. Təsadüfi deyil ki, hazırda təkcə Rusiya
mediası deyil, postsovet məkanı da öz mediasında "Nu, poqodi”nin müəllifi vəfat
etdi” deyə yazır...
Sürprizlərlə dolu insan
"Bu
animasiya filmlərinin ssenarisini yazmazdan qabaq onun kommunizm quruculuğu
dövründə tikintidə iş icraçısı işlədiyini, sonra sovet ordusunda xidmət
etdiyini, daha sonralar dağılan sirli obyektlər tikdiyindən insanlar
xəbərsizdirlər”- dostları qeyd edir.
Valideynləri rabitə işçisi idi. Müharibə illərində ailə Sverdlovskda yaşayırdı. Atası Yefim Kurlyandski rabitə mühəndisi olduğundan işi ilə əlaqədar Moskvaya köçürlər. Aleksandrın uşaqlığı da paytaxtda keçir. "Uşaqlığım Çin şəhəri adlanan ərazinin yaxınlığında keçib. Doğma Starosadskiy döngəsini "Nənəm cadugərdir” hekayəsində təsvir etmişəm. Hekayə uydurmadır, ancaq uşaqlıq əlamətləri ən realdır”-deyə yazıçı qeyd edirdi.
İcazə verilmiş satira
Yazıçı o zaman icazə verilmiş satira ilə məşğul olduqlarını etiraf
edirdi: "Zamanında əsil satiriklər Qoqol, Saltıkov-Şedrin, Bulqakov idi. Bizim
isə o zaman məşğul olduğumuz "razılaşdırılmış” satira idi və sərhədi vardı.
Əgər yarım addım irəli çıxsaydıq – bu, hadisə sayılırdı. Əsil satiriklər
məhbəsdə idilər. Bu, "Metropol” idi. Bu, Bu Soljeniçın idi. Biz isə yumoristlər
idik. Yumoristik pyeslər yazır və
qarşıdakı divarın uçmayacağını bilirdik.
Ona görə də öz yerimi tapdım – bu, animasiya idi. Beləcə "Soyuzmultfilm”
mənə, Xayta, Kamova və Uspenskiyə qısa, gülməli süjetlər hazırlamağı
tapşırdı. Qəhrəmanlar bir-birini qovmalı
və müxtəlif gülməli vəziyyətlərə düşməli idilər. Müxtəlif variantlar düşündük:
tülkü və toyuq, qurd və xoruz... Nəhayət, qurdla dovşanın üzərində dayandıq.
Dovşan obrazı dərhal alındı, Qurdda isə ilişib qaldıq. Amma bir dəfə Kotenoçkin
şəhərdə gəzərkən əlində gitara, dişləri arasında siqaret tutub oxuyan kobud bir
gənclə rastlaşır. Onun qarşısında gələcək Qurd idi –öz dövrünün tipik
qəhrəmanı, özünün bütün kəskin sosial atributları ilə əsil rus xarakteri.
"Bir dayan...”ın sirri
"Nu, poqodi” o zaman SSRİ-nin kommunizm quruculuğundan kütləvi mədəniyyətlə müşayiət olunan normal istehlakçı cəmiyyətə keçdiyi vaxt meydana gəldi. Kurlyandski də Eldar Ryazanov kimi bu sosial mərhələnin ən yaxşı və ən dəqiq diaqnostiklərindən biri idi. Epopeyanın birinci epizodunda Qurdun Vısotskinin "Bir dostun mahnısı”nı fit çalması təsadüfi deyildi. O, bütün gücü ilə dəbin mövcud olduğu, amma özünün buraxılmadığı yerə getməyə can atırdı.
Hərçənd sonradan cizgi filmini "Tom və Cerri”nin
plagiatı adlandıranlar da olur. Amma bu cizgi filmini Tom və Cerri cizgi
filmindən çoxlu müsbət nüanslar - obrazların intellektual səviyyəsi, insana
bənzər xeyirxahlıqları fərqləndirirdi. "Nu, poqodi”də hər bir personajın öz
müsbət tərəfləri var.
"Nu,
poqodi” akademikdən tutmuş körpə uşağa qədər hər kəsin sevərək baxdığı bir
filmə çevrilir. Ekran əsərindəki Qurd və Dovşan arasındakı əbədi qarşıdurmanı
kobud kişilik və əbədi qadınlıq müharibəsi kimi qəbul edirlər.
İndi həmin izlərə Aleksandr Kurlyandskinin də ayaq izləri qarışdı...
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
Sürprizlərlə dolu insan
"Aleksandrr
Yefimoviçi tanıyanlar cəsarətlə deyə bilər ki, bu adam sürprizlərlə dolu idi” -
deyə dostları onu belə yad edir. Məsələn, sovet ekranının şedevri sayılan "Nu,
poqodi” cizgi filmi daxil olmaqla "Ov mövsümü”, "Xəyanətkar
tutuquşunun dönüşü”, "Möhtəşəm Qoşa”, "Almalı piroq” kimi filmlərini
izləməyən çətin tapılar. Yazıçının yumoristik hekayələri
həmçinin "Yeralaş” kinojurnalında ekranlaşdırılıb. Ümumilikdə onlarla layihənin
ssenari rəhbəri, "Tutuquşu Keşanın yeni macəraları”, "Şən karusel”in ssenari
müəllifi idi.
Valideynləri rabitə işçisi idi. Müharibə illərində ailə Sverdlovskda yaşayırdı. Atası Yefim Kurlyandski rabitə mühəndisi olduğundan işi ilə əlaqədar Moskvaya köçürlər. Aleksandrın uşaqlığı da paytaxtda keçir. "Uşaqlığım Çin şəhəri adlanan ərazinin yaxınlığında keçib. Doğma Starosadskiy döngəsini "Nənəm cadugərdir” hekayəsində təsvir etmişəm. Hekayə uydurmadır, ancaq uşaqlıq əlamətləri ən realdır”-deyə yazıçı qeyd edirdi.
A.Kurlyandski o
zaman kommunal mənzildə, qonşularla səmimi mehriban mühitdə yaşadığını
xatırlayırdı: "Ailəmiz kommunal mənzildə yaşayırdı. Bu, xüsusi, əvəzolunmaz bir
dünya idi. Qonşu otaqda yaşayan dənzçi
Matvey içməyi yaman xoşlayırdı. Bir dəfə atamla anam teatra gedəndə o məni
evlərinə dəvət etdi. Üstü bibərlə bəzədilmiş stolun ətrafında içki içməyin qaydalarını
mənə izah etdi. Evimizdə araq olsa da atam içməyi xoşlamırdı. Sadəcə evə qonaq
gələndə stola qoyulurdu. Mən həmin "qaydalari” unutmamaq üçün hərdən o araqdan
içir və üstünü su ilə doldururdum. Bir dəfə əmim gələndə atam arağı stola
gətirdi. Əmim araq stəkanını ağzına aparan kimi içkinin zəif olduğunu dedi.
Atam da çiyinlərini çəkib "yəqin vaxtı keçib” deyə laqeydliklə dilləndi. Həmin
an Allah bilir, mən nələr çəkdim...”
Aleksandr
1964-cü ildən ədəbiyyatla məşğul olur. "Əslində yazmağa uşaqlıqdan həvəsim
olub. Hətta çox erkən - məktəbdə oxuyanda fəaliyyətə başlamışdım. Yeri
gəlmişkən, məktəbdə satiranın təhlükəli bir janr olduğunu anladım. Müəllimlərin
obrazlarını özündə cəmləşdirən "Klizma” adlı bir jurnal çıxardım. Bu jurnal
böyük uğur qazandı. Bir dəfə sinifdə bir müəllim məni "iş başında” tutdu.
Materialı əlimdən aldı və "valideynlərsiz məktəbə gəlmə” dedi. Xoşbəxtlikdən valideynlərim ona əhəmiyyət
vermədilər. Gələcək peşəkar kimi mənim
yaradıcılığıma soyuq başla yanaşaraq "Oğlumuz zarafat edir” dedilər.
Ancaq gəncin
sənət seçimini müəyyənləşdirmək asan olmur. Valideynləri onun yazı-pozusuna
laqeyd yanaşır, qarşısına sənət seçimi ilə bağlı hər hansı şərt qoymurdular.
Orta məktəbi bitirəndən sonra Mühəndis Tikinti İnstitutuna daxil olur: "Mən uşaqlıqda
insanların olmadığı uzaq adada olmağı arzulayırdım. Sonra təyyarələr
hazırlamağı arzuladım. Axı insan ancaq nəyəsə ümid edir... Hər işdə bir xeyir
var. Xoşbəxtlikdən mən həmin ərəfədə Arkadi Xaytla – gələcək həmmüəlliflə tanış
oldum. Biz birlikdə SNİP kollektivini yaratdıq və Şən və Hazırcavablar klubunun
ən fəal üzvü olduq. Kollektiv bütün Moskvada tanındı. Biz hətta Piterə yarışa
getdik. Sonra bütün SSRİ-ni gəzdik”.İcazə verilmiş satira
Ordudan sonra Xaytla birlikdə Moskva Dövlət Universitetinin Tələbə
Teatrında çıxış etməyə başlayırlar. Bu teatr qısa müddətdə bütün Moskvaya səs
salır. Yazdıqları müniatürləri uzun illər səhnədə uğurla oynayırlar: "Tələbə
gənclərlə ünsiyyət çox maraqlı idi. Güclü emosional təsir bağışlayırdılar.
Teatr studiyası zamanın sosial səviyyəsini, davranışlarını müəyyən edirdi. Bizi
həqiqətən fəal şəkildə radioya, "Timsah”, "Gənclik” verilişlərinə dəvət
edirdilər. Həmçinin "12 stul klubu”, "Fitil”, "Yeralaş” almanaxlarında çıxış
edirdik”- deyə xatırlayırdı.
"Bir dayan...”ın sirri
"Nu, poqodi” o zaman SSRİ-nin kommunizm quruculuğundan kütləvi mədəniyyətlə müşayiət olunan normal istehlakçı cəmiyyətə keçdiyi vaxt meydana gəldi. Kurlyandski də Eldar Ryazanov kimi bu sosial mərhələnin ən yaxşı və ən dəqiq diaqnostiklərindən biri idi. Epopeyanın birinci epizodunda Qurdun Vısotskinin "Bir dostun mahnısı”nı fit çalması təsadüfi deyildi. O, bütün gücü ilə dəbin mövcud olduğu, amma özünün buraxılmadığı yerə getməyə can atırdı.
Cizgi filminin yaradıcıları
beləcə Canavarla Dovşanın obrazı üzərində xeyli çalışmalı olurlar. Personajları
hazırlayarkən yüksək vəzifəli insanların təzyiqlərinə məruz da qalırlar. Hətta
obrazları səsləndirənlər belə rəhbərliyin arzusu ilə olur. Cizgi filmindəki
sevimli Canavar obrazı ilə bağlı rəssamlar və senzura arasında böyük
mübahisələr yaranır. Məsələn, Canavar obrazının siqaret çəkməsi böyük
narazılığa səbəb olur.
"Soyuzmultfilm”in
istehsalı olan məşhur cizgi filminin pilot seriyası 1969-cu ildə rejissor
Gennadi Sokolski tərəfindən lentə alınır. Sonrakı seriyaların rejissoru
Vyaçeslav Kotyonoçkin, ssenari müəllifləri Arkadi Xayt, Aleksandr Kurlyandski
və Feliks Kamov olur. Cizgi filminin əsas qəhrəmanlarından olan Qurdu - məşhur
sovet aktyoru Anatoli Papanov, Dovşanı isə - Klara Rumyanova səsləndirirlər.
Bu cizgi filminin uğuru
insanları əyləndirməsində idi. Filmdə səslənən ifadələr, sözlər qısa müddətə
xalq arasında deyimlərə çevrilir. Qeyd edək ki, cizgi filmində Azərbaycan
bəstəkarı Qəmbər Hüseynlinin məşhur "Cücələrim” mahnısı da səslənib.
Cizgi filminin çəkilmə səbəbi
haqqında müxtəlif fikirlər səslənir. Deyilənə görə, 1940-cı ildə ilk seriyası
çəkilmiş, 1967-ci ildə isə artıq bütün dünyada populyar olan "Tom və Cerri” cizgi filmindən sonra SSRİ
rəhbərliyi bu filmi kölgədə qoya biləcək cizgi qəhrəmanlarının yaradılması
barədə göstəriş verib. Beləcə, "Nu, poqodi” yaranır. Aleksandr
Kurlyandski bu ekran əsərinin
yaranmasına və sevilməsinə görə özünü həmişə xoşbəxt hiss edirdi. "Yazıçı üçün
hər hansı əsərinin ondan sonra da yaşaması, sevilməsi, xatırlanmasından böyük xoşbəxtlik
ola bilməz” deyirdi. "Nu, poqodi” də həmişə yaşayacaq”
Aleksandr
Kurlyandski bütün ömrü boyu Moskvada yaşadı: "Moskva mənim doğma
şəhərimdir. Burada özümü rahat hiss edirəm. Baxmayaraq ki, çox ölkələri
gəzirəm, ancaq həyat məni hara aparırsa, çox qala bilmirəm, paytaxt məni çəkir.
Əfsanəvi yazıçılar evində, şəhərin mərkəzində yaşayıram. Buralarda Kamovun,
Germanın, Aksenovun, Mixalkov-Konçalovskinin, tənqidçi Lakşinin addımlarının
izi var”.İndi həmin izlərə Aleksandr Kurlyandskinin də ayaq izləri qarışdı...
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova