• cümə, 26 Aprel, 10:17
  • Baku Bakı 12°C

“Nyu-York Times” Qarabağ səfərini Azərbaycanla razılaşdırıb - Açıqlama

02.02.15 09:38 1850
“Nyu-York Times” Qarabağ səfərini Azərbaycanla razılaşdırıb - Açıqlama
““Nyu-York Times” qəzetinin əməkdaşları Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə Azərbaycan Respublikasının qanunlarına riayət edərək səfər ediblər”.
APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Nyu-York Times” qəzetinin əməkdaşlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib.
““Nyu-York Times” tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib, Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün “Nyu-York Times” əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib”, - deyə H. Hacıyev bildirib.
banner

Oxşar Xəbərlər