Noyabrın 9-da Putin Ərdoğanla telefon danışığı aparacaq

Noyabrın 9-da Putin Ərdoğanla telefon danışığı aparacaq

Siyasət
09 Noyabr 2019, 09:06 630
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da telefon danışığı aparacaqlar.
Trend-in məlumatına görə, bunu TASS, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata istinadən, təsdiq edib.
"Yeni Şafak" qəzetinin verdiyi xəbərdə, R.T.Ərdoğan daha əvvəl V.Putinlə noyabrın 9-da telefon danışıqları aparacağını söyləmişdi.
Noyabrın 7-də R.T.Ərdoğan Rusiya lideri ilə Suriyadakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu bildirib. Türkiyə Prezidentinin sözlərinə görə, Ankara əldə olunmuş razılaşmalara əsasən öhdəliklərin özünə aid hissəsini sonuna qədər yerinə yetirəcək. Həmin gün Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, liderlər Türkiyə tərəfinin sorğusu ilə tezliklə telefon danışığı apara bilərlər.