• şənbə, 27 Aprel, 06:26
  • Baku Bakı 12°C

Novruz Məmmədov: "Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır"

08.02.18 14:30 806
Novruz Məmmədov: "Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır"
"Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezidentİlham Əliyevolmalıdır".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiriNovruz Məmmədovözünün "Facebook” səhifəsində yazıb.
N. Məmmədov bu gün YAP-ın möhtəşəm qurultay keçirdiyini bildirib: "Möhtəşəm bir Qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi: Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı Prezidentİlham Əliyevolmalıdır. İstər-istəməz dahi Heydər Əliyevin aşağıdakı cümlələrini "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müaviniİlham Əliyevi dəstəkləməyə çağırıram...Mən ona özüm qədər inanıram və gələcəyinə Böyük Ümidlər bəsləyirəm.” xatırladım.
Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır. Düşünürəm: Şübhəsiz Azərbaycan xalqı Prezidentİlham Əliyevə inanır”.
banner

Oxşar Xəbərlər