• çərşənbə axşamı, 19 mart, 11:24
  • Baku Bakı 8°C

Baş nazir: "Azərbaycana münasibətdə ədalət görmürəm"

22.06.18 11:05 605
Baş nazir: "Azərbaycana münasibətdə ədalət görmürəm"
"Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini uğurla icra edir. Enerji hər kəs üçün vacibdir".
APA-nın məlumatına görə, bunu bu gün 2018 CAMCA Regional Forumunda baş nazirNovruz Məmmədovbildirib.
N. Məmmədov deyib ki, Azərbaycan Avrasiya miqyasında enerji sahəsində ən böyük layihələr həyata keçirir: "TANAPvə TAP layihələri uğurla icra olunur. Biz Azərbaycana daha böyük dəstək gözləyirdik. Amma bəzən böyük məqsədlər kiçik hisslərə qurban verilir".
Baş nazir qeyd edib ki, Azərbaycan sülhün, təhlükəsizliyin təmin edilməsi üçün böyük addımlar atıb: "Azərbaycan beynəlxalq aləmdə sivilizasiyalararası dialoqla bağlı böyük tədbirlər təşkil edir. Eyni zamanda Azərbaycan dinlərarası dialoqun da inkişafında mühüm rol oynayır, dinlərarası anlaşmada addımlar atır. Azərbaycan əslində birdən-birə belə olmayıb. Biz bu yaxınlarda - may ayındaAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyət qurub, qadınlara səsvermə hüququ verib, balet yaradılıb.
19-cu əsrdə Azərbaycan ədibləri, məsələn, İsmayıl bəy Qutqaşınlı fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq Azərbaycana münasibətdə bu ədaləti görə bilmirəm. Azərbaycana müəyyən dəstəklər verilib, ancaq bu, yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq Qərb mətbuatında 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı bir fundamental yazı görmək olmur.
Azərbaycan ərazilərinin işğalı ilə bağlıBMTTəhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər bu məsələ ilə bağlı normal münasibət ortaya qoyulmayıb. Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin liderləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Ədalət olmayanda isə yanaşma da düzgün olmur. Azərbaycan 25 ildir,Dağlıq Qarabağmünaqişəsi ilə əlaqədar ədalətli mövqe gözləyir.
21-ci əsrdə insan intellekti yüksək olsa da, beynəlxalq münasibətlərdə belə gərginliyin yaranması məntiqə sığmır. Çünki böyük dövlətlər geosiyasi maraqları əsas götürür. Bunun üzərinə hansı pərdəni çəkirsən çək, belə vəziyyət yaranır. SSRİ dağılanda dünyada 10 ölkədə gərginlik vardı, indi 50 ölkədə gərginlik var. Bu suala cavab tapıb, əməli addımlar ortaya qoyulmalıdır. Bir ölkədə vəziyyətin yaxşı olması həmişə hər şeyin yaxşı olacağı demək deyil".
banner

Oxşar Xəbərlər