AZE | RUS | ENG |


Norveç XİN: Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə beynəlxalq sabitliyə təhlükədir

Norveç XİN: Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə beynəlxalq sabitliyə təhlükədir
Bu həftə Avstriyada baş tutmuş ATƏT XİN Şurasının qeyri-rəsmi görüşündə Norveç ATƏT-in hazırkı sədri Avstriyanı Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə çağırıb.
Trend-in məlumatına görə, görüş zamanı çıxış edən Norveçin xarici işlər nazirinin müavini Tone Skogen deyib ki, bəzi üzv ölkələr ATƏT qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmirlər.
Onun sözlərinə görə, məhz indiki çıxılmaz vəziyyətin səbəbi budur: "Bu həm də qurum daxilində etimad və kompromisin olmamasının səbəbidir. Üzv ölkələrin ərazi bütövlükləri və suverenliyinə təhdidlər Ukraynada, Gürcüstanda, Moldovada, Azərbaycanda davam etməkdədir. Bu, beynəlxalq sabitliyə və ümumi təhlükəsizliyimizə təhlükədir”.
Nazir müavini qeyd edib ki, ATƏT etimadın bərpa olunması və dialoq üçün aparıcı platforma olaraq qalmalıdır.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007