AZE | RUS | ENG |


Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü olacaq

Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü olacaq
Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin 105 illiyi çərçivəsində maestrolunun adını daşıyan mənzil-muzeyində "Açıq qapı” günü təşkil ediləcək. Bu barədə AZƏRTAC-a Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi avqustun 20-də Fəxri xiyabanda maestronun məzarını və heykəlini ziyarət edəcək, eyni zamanda, bir sıra tədbirlər təşkil olunacaq. "Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında olan sənədli filmlər, onun konsertlərindən, "Rast” muğam-baleti və "Çitra” baletindən videogörüntülər təqdim olunacaq.

Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə edəcəklər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001