• şənbə, 27 Aprel, 08:49
  • Baku Bakı 12°C

Nisbətən sərin, küləkli hava - Proqnoz

01.07.15 13:04 1114
Nisbətən sərin, küləkli hava - Proqnoz
İyulun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal küləyi əsəcək, gündüz arabir mülayimləşəcək. Havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər