• cümə, 26 Aprel, 15:49
  • Baku Bakı 23°C

Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub - Siyahı

23.04.18 19:43 642
Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub - Siyahı
Azərbaycan prezidentiİlham ƏliyevNazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan RespublikasıNazirlər Kabinetinin üzvləri təyin edilib:

1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
1.2. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;

1.3. Azərbaycan Respublikasının mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;

1.4. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;

1.5. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;

1.6. Azərbaycan Respublikasının təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov;

1.7. Azərbaycan RespublikasınınAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;

1.8. Azərbaycan RespublikasınınDiasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;

1.9. Azərbaycan RespublikasınınDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;

1.10. Azərbaycan RespublikasınınDövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev;

1.11. Azərbaycan RespublikasınınDövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

1.12. Azərbaycan RespublikasınınƏmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;

1.13. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

1.14. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

1.15. Azərbaycan RespublikasınınDövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;

1.16. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi –
Arzu Yusif oğlu Rəhimov.
banner

Oxşar Xəbərlər