• şənbə, 27 Aprel, 05:02
  • Baku Bakı 14°C

Nazir: “Novruz bayramına qədər Azərbaycandakı otellərin böyük əksəriyyəti tutulub”

29.12.16 17:50 1075
Nazir: “Novruz bayramına qədər Azərbaycandakı otellərin böyük əksəriyyəti tutulub”
"Turizm Şurasının yaradılması və fəaliyyəti Azərbaycan turizminin inkişafına böyük töhfə verəcək”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs QarayevTurizm Şurasının ilk iclasında deyib.
Nazir bildirib ki, indiyədək dövlət qurumları tərəfindən Azərbaycanın tanıdılması üçün müxtəlif layihələr həyata keçirilib: "Bu il ərzində reallaşdırılan uğurlu proqramlar artıq müsbət nəticə verib. Amma təəssüflər olsun ki, bu proqramlar konkret sahələri əhatə etməyib. Bundan sonra qurumlar və digər yerli iş strukturları ölkə turizminin inkişaf etdirilməsi üçün marketinq və təbliğat işlərini bir yerdə həyata keçirməlidirlər. Uğurlu strategiya əsasında həyata keçirilən bütün layihələr ölkə turizminin inkişafına müsbət təsir edəcək. Yeni yaradılan Turizm Təbliğat Bürosu bir neçə sahəni əhatə edəcək”.
Nazirin sözlərinə görə, Novruz bayramına qədər Azərbaycandakı otellərin böyük əksəriyyəti tutulub: "Həmin otellərin müştəriləri arasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən olan turistlər də var. Xarici ölkələrdən olan turistlər əsasən Gürcüstan, Körfəz ölkələri və İrandandır. Onlar öz istirahətlərini məhz Azərbaycanda keçirmək istəyirlər”.
Qeyd edək ki, Turizm Şurasının əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.
banner

Oxşar Xəbərlər