AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazir: “Ermənilərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparması cinayətdir”

Nazir: “Ermənilərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparması cinayətdir”

Mədəniyyət
22 Yanvar 2021, 14:33 193
"Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik".
 
APA-nın məlumatına görə, jurnalistlərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında Mədəniyyət naziri Anar Kərimov deyib.
 
O bildirib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: "Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirib və bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymət verilməsinə çalışacağıq".