• şənbə, 27 Aprel, 03:56
  • Baku Bakı 14°C

Nazir: “Dövlətlərin sərhədlərinin güc yolu ilə pozulması qəbuledilməzdir”

23.11.16 17:58 869
Nazir: “Dövlətlərin sərhədlərinin güc yolu ilə pozulması qəbuledilməzdir”
Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovAvropa ŞurasıParlament Assambleyasının Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüşdəAvropa ŞurasıParlament Assambleyası ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları və gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov AzərbaycanınAvropa ŞurasıParlament Assambleyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirərək, əlaqələrin bundan sonra da konstruktiv dialoq və anlaşma şəraitində genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.

Azərbaycana səfər etməsindən məmnunluq ifadə edən Yan Liddel-Qrenqer isə ölkəmizinAŞPAilə uğurlu əməkdaşlığını yüksək qiymətləndirib. Səfər çərçivəsində Milli Məclisdə də görüşlər keçirildiyini və faydalı müzakirələrin aparıldığını qeyd edən qonaq Azərbaycan nümayəndə heyətininAvropa ŞurasıParlament Assambleyasında fəal rolunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər