• cümə axşamı, 28 mart, 18:29
  • Baku Bakı 13°C

Nazir: "Cənub Qaz Dəhlizi"nə yeni ölkələr qoşula bilər

20.02.19 16:54 908
Nazir: "Cənub Qaz Dəhlizi"nə yeni ölkələr qoşula bilər
Balkan ölkələri "Cənub Qaz Dəhlizi”nə qoşula bilərlər.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununda mətbuat konfransında deyib.
Nazir həmçinin qeyd edib ki, Türkmənistan son iki il "Cənub Qaz Dəhlizi”nin iclaslarında iştirak edir, bu isə həmin ölkənin layihəyə qoşulmasında marağını göstərir:
"Amma məlum olduğu kimi, bunun üçün tədarükçü ölkələrlə istehlakçı ölkələr arasında müəyyən razılaşma olmalıdır. Əgər bu razılaşma əldə olunarsa, "Cənub Qaz Dəhlizi” həmin məsələni nəzərdən keçirəcək”.
banner

Oxşar Xəbərlər