• cümə, 26 Aprel, 12:58
  • Baku Bakı 23°C

Nazir: "Aşağı büdcəli uçuşlar təşkili istiqamətdə atılan addımlar davam etdiriləcək"

27.12.17 13:30 680
Nazir: "Aşağı büdcəli uçuşlar təşkili istiqamətdə atılan addımlar davam etdiriləcək"
"Birinci Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon manatdan çox idisə, ikinci festivalın ümumi dövriyyəsi isə 33 milyon manatdan artıq oldu”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs QarayevTurizm Şurasının fəaliyyətə başlamasından bir illiyi münasibəti ilə təşkil olunan tədbirdə deyib.
Nazir bildirib ki, ötən müddətdə Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər görülüb:"Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətindəMədəniyyət və Turizm Nazirliyiilə birgə işlər görülməkdədir. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb”.
banner

Oxşar Xəbərlər