• cümə, 26 Aprel, 15:35
  • Baku Bakı 23°C

Nazarbayev İlham Əliyevə telefonla zəng edib

06.04.16 19:49 1085
Nazarbayev İlham Əliyevə telefonla zəng edib
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Trend-in Prezidentin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr və atəşkəs razılaşmasının əldə olunmasından sonrakı vəziyyət müzakirə edilib, münaqişənin beynəlxalq hüququn normaları əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər