• çərşənbə axşamı, 19 mart, 09:12
  • Baku Bakı 8°C

NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycanın təklifi qəbul olunub

27.05.17 20:58 1135
NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycanın təklifi qəbul olunub
"Ermənistanın "İsgəndər-M” operativ-taktiki raket kompleksinə malik olması təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün təhlükə mənbəyidir”.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləriNATOPA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycan parlament nümayəndə heyətinin üzvüSiyavuş Novruzovdeyib.
Komitənin bu gün keçirilən iclasında kanadalı deputat Jozef A.Day "Ballistik raketdən müdafiə vəNATO” mövzusunda məruzə ilə çıxış edib. Baş məruzəçi olan kanadalı deputat çıxışında Şimali Koreya, İran və digər ölkələrdə ballistik raketlərin mövcud olduğunu və dünyada təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib.
Tədbirdə iştirak edən Azərbaycan parlament nümayəndə heyətinin üzvüSiyavuş Novruzovməruzədən sonra komitədə təkliflə çıxış edib. O, Ermənistanın da ballistik raketlərə malik olduğunu komitə sədrinin diqqətinə çatdırıb və təklifinin qəbul olunmasını bildirib.
"Məruzədə ballistik raketlərin beynəlxalq ictimaiyyət üçün törətdiyi təhlükələrin qeyd olunması çox yaxşı haldır. Bilirsiniz ki, Rusiya Ermənistana bir milyard dollarlıq silah verib. Onların sırasında "İsgəndər-M” operativ-taktiki raket kompleksi də var. Bu raket kompleksi Cənubi Qafqaz, eləcə də Avropa üçün çox ciddi təhlükə mənbəyidir”.
S.Novruzov, Ermənistan prezidentiSerj Sarkisyanın bu raketlərlə Azərbaycanın vuracağı barədə bəyanatını da komitə rəhbərliyinin diqqətinə çatdırıb. Komitə rəhbəri S.Novruzovun təklifinin qəbul olunduğunu qeyd edib və iclasda ona təşəkkür edib.
banner

Oxşar Xəbərlər