AZE | RUS | ENG |


“National Geographic” Bakı haqqında sənədli film hazırlayıb

“National Geographic” Bakı haqqında sənədli film hazırlayıb
"National Geographic” telekanalının hazırladığı "Şəhərlərin gizli sirləri: Bakı” sənədli filmi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, filmdə Bakının son illərdə sürətlə dəyişməsindən, müxtəlif beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsindən söz açılır. Filimdə qeyd edilir ki, Azərbaycan paytaxtı Bakı öz xarici görünüşü və imicində əhəmiyyətli inkişafa nail olub. Burada ultramüasir binalar tikilib, şəhər dünya miqyaslı idman yarışları keçirir. Bu gün Bakıda bəşəriyyətin ən qədim ənənələri ultramüasir arxitektura ilə harmoniya təşkil edir.

"National Geographic” bu sənədli filmində Bakını unikal edən xüsusiyyətləri, onun küçələrinin saxladığı sirləri özünüz açın və onun qədim ənənələrini sizi heyran etməyə imkan verin. Bu dünyanın naməlum şəhəri: Bakıdır”, - deyə verilişin teaserində bildirilir.

Sənədli film bu gün saat 21.15-də yenidən efirdə yayımlanacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001