AZE | RUS | ENG |

Nailə Əsgərzadə Rusiyanın nüfuzlu mükafatı qazanıb

Nailə Əsgərzadə Rusiyanın nüfuzlu mükafatı qazanıb
"Praym-taymın əyləncəli tok-şou”su nominasiyasında mükafat "Saranxe” proqramına verilib.

Trend-in məlumatına görə, əslən azərbaycanlı olan telejurnalist Nailə Əsgərzadə "Bizim proqramın 3 yaşı var. Biz verilişə başlayanda düşünmürdük ki, bu qədər çətin olacaq. Ən çətini qəhrəmanlar tapmaq idi. Çünki onlar biznes, siyasət və digər sahələrin tanınan simalarıdır”, - deyə bildirib.

N.Əsgər-zadə əlavə edib ki, qəhrəmanlar qeyri-adi vəziyyətlərə düşürdülər: "Onlar bizimlə ölkənin ucqar nöqtələrinə getməli, mədənlərə enməli, at çapmalı, musiqi alətlərində ifa etməli və bəzən bir neçə dubl çəkilməli olurdular. Onlar göstəriş verməyə öyrəşiblər, bizdə isə göstərişi rejissor verir”.

Qeyd edək ki, TEFİ televiziya sahəsində uğurlara görə Rusiyada verilən mükafatdır.

Xatırladaq ki, TEFİ telemükafatı 21 dekabr 1994-cü ildə "Rusiya Televiziyası Akademiyası” tərəfindən təsis edilib. 2014-cü ildən mükafatın təşkilatçısı Sənaye Televiziya Mükafatları Komitəsidir. Qaliblər Ernst Neizvestnının bürünc "Orfey”i mükafatı ilə təltif olunurlar.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9322
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1445
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7104
KWD 1 1 Küveyt dinarı 5.5882
TRY 1 1 Türkiyə lirəsi 0.3173