AZE | RUS | ENG |

Müxalifət meydanlardakı uğursuzluğunu sosial şəbəkələrdə də davam etdirir

Müxalifət meydanlardakı uğursuzluğunu sosial şəbəkələrdə də davam etdirir
Aytac Əliyeva: «Bu gün biz gənc olaraq ölkənin ictimai-siyasi həyatında kifayət qədər rol alırıq və öz sözümüzü deyirik»


Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatında rolu mövzusunda “Kaspi”-nin suallarını cavablandırıb.

- Aytac xanım, sizcə bu gün Azərbaycan cəmiyyətində gənclər özlərini təsdiq edə bilirlərmi?

- Bu gün Azərbaycan cəmiyyəti özünün ən inkişaf etmiş dövrünü yaşayır. Çünki, yaradılan münbit şərait cəmiyyətdə insanlara öz sözlərini deməyə, hüquqlarını, müdafiə etməyə və bütün bunları müasir standartlara uyğun olaraq həyata keçirməyə imkan verir. Ölkəmizin hələ cavan olmasına baxmayaraq əldə etdiyimiz uğurlar gələcəkdə bundan da böyük zəfərlərə imza atacağımızdan xəbər verir. Azərbaycan gəncliyi də bu gün özünü cəmiyyətdə ifadə etmək üçün bütün imkanlardan istifadə etmək hüququna qadirdir və bu imkanlardan yararlanır. Bu gün gənclərimizin səsi müxtəlif beynəlxalq tribunalardan gəlir, QHT-lərdə cəmləşir, müxtəlif mətbu orqanların səhifələrində, internet portallarında çıxışlar edərək özlərini ifadə edirlər. Bu o deməkdir ki, Azərbaycan gəncliyi qarşıya qoyduğu hədəfə asanlıqla çatır və nəticədə də uğur əldə edir.

- Ölkənin ictimai-siyasi həyatında gənclərin aktivliyi necə, sizi qane edirmi?

- Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu var. Biz özümüz də gənc olaraq bu gün ölkənin ictimai-siyasi həyatında kifayət qədər rol alırıq, öz sözümüzü deyirik və siyasi fəaliyyətimizlə iştirak edirik. Lakin bütün bunlar “biz bunu etdik” anlamına gəlməməlidir. Biz daim inkişaf etməliyik. Əgər yerimizdə saysaq, müasirliyə qayıtmasaq, müasir cərəyanları öyrənməsək və dünyanın müasir həyatında baş verən proseslərə cavab verməyə çalışmasaq, onda sükunət halını almış olarıq. Lakin ictimai-siyasi fəallıq göstərmək istəyiriksə, əlbəttə, biz daima öz üzərimizdə işləməli və daha müsbət nəticələr əldə etməliyik. Bəli, bu gün gəncliyimiz ölkənin ictimai-siyasi həyatında kifayət qədər fəallıq göstərir. Statistikaya baxsaq, ölkədə fəaliyyət göstərən QHT-lərin 200-dən çoxu gəncləri əhatə edir. 30-dan çox beynəlxalq təşkilatlarda Azərbaycan gəncliyi öz sözünü deyir, onlarla qarşılıqlı əməkdaşlıq edir. Bu, əlbəttə ki, çox müsbət haldır. YAP Gənclər Birliyi də bu sferada mühüm işlərə imzasını atıb. Təsadüfi deyil ki, Azərbaycan gəncliyinin avanqard gücü YAP-ın Gənclər Birliyində birləşib və biz YAP gənclərinin həyata keçirdiyi ictimai-siyasi fəallığı nəzərə alsaq, onların həyata keçirdikləri layihələrə, dəyirmi masalara, seminarlara, mühazirələrə nəzər salsaq Azərbaycan gəncliyinin bu gün ölkənin ictimai-siyasi həyatında nə dərəcədə mühüm rol oynadığını aydın görərik.

- Bəzi müxalifətçi gənclər sosial şəbəkələrdə çox fəallıq göstərirlər. Siz onlarla necə fikir mübadiləsi aparırsınız və arqumentlərinizi irəli sürürsünüz?

- Bu gün cəmiyyət özünün elə bir inkişaf səviyyəsinə çatıb ki, artıq mübarizələr meydanlardan sosial şəbəkələrə daşınıb. Lakin dağıdıcı müxalifət meydanlardakı uğursuzluğunu sosial şəbəkələrdə də davam etdirir. Riyaziyyatda belə bir formul var ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Əgər bu gün biz müxalifətdən danışırıqsa, onların real həyatdakı fəaliyyətsizlikləri sosial şəbəkələrdə də hökm sürür. Belə ki, bu gün Azərbaycan gəncliyi, xüsusilə də YAP-ın gəncləri “Facebook” sosial şəbəkəsində olduqca fəaldırlar. Onlar ölkədə həyata keçirilən quruculuq, abadlıq işləri, yenidənqurma işləri, həyata keçirilən islahatlar müxtəlif sahələrdə əldə olunan genşmiqyaslı uğurları arqumentlərlə təqdim etdikləri halda müxalif gənclər zəhərli fikirlərlə, gətirilən bu arqumentlərə qarşı çıxmağa çalışır və öz arqumentsizlikləri ilə özlərini bir daha biabır etmiş olurlar. Əlbəttə, bu, normal haldır. Belə bir atalar sözü var: «Mərifəti kimdən öyrəndin? Deyir qarşıda gedən gözüçıxmış, qardaşımdan». Əgər onların önündə gedən liderləri heç bir uğurla təmsil olunmursa, heç bir nailiyyətlərlə xalqın inamını qazana bilməyiblərsə əlbəttə, onların yanında cəmləşən bir qrup gənclər də bu uğursuzluğu davam etdirəcəklər.

- Siz müxalifəti təmsil edən gənclərə qəzetimiz vasitəsilə nə demək istərdiniz, onlara tövsiyəniz necə olardı?

- Müxalifəti təmsil edən gənclərə tövsiyəmiz odur ki, vaxt var ikən gözlərini açsınlar, ətraflarındakı inamsız insanlara baxıb bundan nəticə çıxarsınlar və xalqın içində yer almağa çalışsınlar. Bu gün Azərbaycan xalqı, «mən azərbaycanlıyam» deyən hər bir şəxs ətrafına baxıb ölkənin müasirləşməsini, inkişafını görərək bu işlərin memarının kim olduğunu anlayırsa və onu dəstəkləyirsə buna qarşı çıxan hər bir kəs səhv yolda olduğunu anlamalı və vaxt varikən düz yola gəlməlidirlər.

- Sizcə indiki dövrdə Azərbaycan gəncliyinin qarşısında duran əsas məqsəd nədir?

- Ölkədə həyata keçirilən islahatlara dəstək olmaq, təkan vermək və bunu davam etdirmək hər bir azərbaycanlının, nəinki Azərbaycan gəncinin, yaşından asılı olmayaraq hər bir vətəndaşın borcu, öz öhdəsinə düşən vəzifəsidir. Hər kəsə məlumdur ki, ölkəmizin ərazi bütövlüyü pozulub. Bizim haqq səsimiz bu gün həyata keçirilən müasir, müstəqil və hücumçu diplomatiya əsasında bir çox dünya dövlətləri tərəfindən eşidilib. Bununla yanaşı, Ermənistanın işğalçı dövlət kimi tanınması və burada əldə etdiyimiz uğurlar əlbəttə ki, danılmazdır. Mən düşünürəm ki, Azərbaycan gəncliyinin qarşısında duran ən mühüm vəzifələrdən biri də bu reallığı, bu siyasəti sadəcə, vətən sərhədləri çərçivəsində deyil, kənarda da təbliğ etməkdir. «Mən azərbaycanlıyam» deməklə kifayyətlənməyib, Azərbaycan həqiqətlərini, mili-mənəvi dəyərlərini dünyaya çatdırmaqda əlindən gələni əsirgəməməlidir. Bizim qarşımızda duran əsas məqsəd əldə olunan uğurlara kölgə salmamaqdır. Əgər biz özümüz bu kölgəni yaradacağıqsa, onda bizə düşmən lazım olmayacaq. Yox əgər biz bu yaranmış uğurlara, əldə olunmuş nailiyyətlərə töhfə verməyə çalışacağıqsa, əlbəttə ki, bizim gücümüz yenilməz olacaqdır.

Aygün Cəfərli

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973