AZE | RUS | ENG |

Musiqili Teatrda üç yeni tamaşanın premyerası olacaq

Musiqili Teatrda üç yeni tamaşanın premyerası olacaq
Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün başlanması ilə əlaqədar geniş tərkibli iclas keçirilib.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev ötən mövsümdə görülən işləri xatırlatmaqla yanaşı, qarşıda duran vəzifələrdən danışıb.

"Yola saldığımız 108-ci mövsüm Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Nümayiş etdirdiyimiz tamaşalar müxtəlif ölkələrin teatr xadimləri, səfirləri və onların nümayəndələri, həmçinin ölkəmizin tanınmış ictimai-siyasi xadimləri və sənət adamlarının böyük marağına səbəb olub. Keçən il İran İslam Respublikasında keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalına əməkdaşlarımızın ekspert kimi dəvət olunması bir daha sübut edir ki, ölkəmizin hüdudlarından kənarda da Azərbaycan teatr sənətinə, təcrübəsinə çox böyük önəm verilir. Təbriz Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreynin 2017 və 2018-ci illərin Novruz bayramı günlərində konsert proqramı ilə çıxış etməsi, iyun ayında Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı ilə "İlahi Komediya. Cəhənnəm” tamaşasının nümayişi iki ölkə arasında mədəni əlaqələrə yeni töhfələr verdi”, - deyə teatrın direktoru söyləyib.

Ə.Lalayev əlavə edib ki, rəhbərlik etdiyi qurum ötən mövsüm "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyasını təqdim edərək mükafata layiq görülüb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim olunan "Nuri-didə Ceyhun” tamaşasında səhnədə ilk dəfə Ceyhun Hacıbəyli obrazının canlandırılması, "Qodonun intizarında” absurd tamaşasının premyerası teatr ictimaiyyətində böyük əks-səda doğurub.

Teatrın direktoru diqqətə çatdırıb ki, bir çox yeniliklərə imza atan Musiqili Teatrın səhnəsində bu il "Bağdadda bir gün”, "Balaca şahzadə”, "Paris Notrdam kilsəsi” adlı yeni tamaşaların premyeraları nəzərdə tutulur.

Tədbirdə Xalq artistləri Afaq Bəşirqızı və İlham Namiq Kamal kollektivi yeni mövsüm münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.

Müzakirələrdə teatrın yaxın dörd ay üçün repertuar planı təsdiq olunub, hazırlanacaq yeni tamaşalar barədə məlumat verilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112