• cümə, 26 Aprel, 13:19
  • Baku Bakı 23°C

Müsavatda partiyadan çıxarılmış şəxsi polislə hədələdilər

02.12.14 11:17 1010
Müsavatda partiyadan çıxarılmış şəxsi polislə hədələdilər
Müsavat Partiyası Qaradağ rayon təşkilatının sabiq üzvü Kamil Xəlilbəyli APA-ya açıqlamasında bildirib ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) ərizə ilə müraciət edərək, partiyadan kənarlaşdırılması ilə bağlı qərara yenidən baxılmasını istəyib. Lakin partiyanın qərargahında MNTK üzvü Xuraman Bağırova onun ərizəsini qəbul etməyib:
“Qərargahda Xuraman Bağırovanın absurd açıqlaması ilə qarşılaşdım. O mənə dedi ki, partiya üzvü olmadığım üçün MNTK ərizəyə baxa bilməz. Bunun Nizamnaməyə zidd olduğunu bildirdim. Xuraman Bağırova isə məni polislə hədələyərək “MNTK hər yoldan keçənin ərizəsinə baxa bilməz” – dedi. İllərini Müsavat üçün xərcləyən insanları "yoldan keçən" kimi görmək cürətini bunlar kimdən alır? Bu insanlar kimə və nəyə güvənib etiraz edincə bizi polislə hədələyir? Doğrudanmı artıq Müsavat Partiyası Nizamnamə ilə deyil, şəxslərin istək və arzularına görə idarə olunur? Bu adamların əsas məqsədi iclasdan bir ay vaxt ötürmək və bir ay keçdi deyib, məsələni bağlamaqdır”.
MNTK sədri Sevinc Hüseynova isə APA-ya deyib ki, Nizamnaməyə əsasən partiyadan çıxarılan şəxs yalnız 6 aydan sonra məsələyə yenidən baxılması üçün müraciət edə bilər.
banner

Oxşar Xəbərlər