• cümə, 26 Aprel, 16:51
  • Baku Bakı 23°C

Müsavatda ciddi təlatümlər yaşanır

25.11.19 18:16 760
Müsavatda ciddi təlatümlər yaşanır
Partiya üzvləri rəhbərliyi saxtakarlıqda, yarıtmaz siyasət aparmaqda günahlandırırlar

Almaniya polisinin Avropada Müsavat partiyası üzvlərini həbs etməsindən sonra partiyada ciddi təlatümlər yaşanır. İctimaiyyət nümayəndələrindən daha çox müsavatçıların özləri partiya rəhbərliyini saxtakarlıqda, yarıtmaz siyasət aparmaqda günahlandırırlar.

Misal üçün, Müsavat üzvü, başqanlığa sabiq namizəd Tofiq Yaqublu bir neçə gün bundan əvvəl partiyasının mühacir alveri ilə bağlı əlində faktlar olduğunu açıqlamışdı. Bundan dərhal sonra Müsavat funksionerləri onun üstünə düşərək faktı ortaya qoymağı tələb etmişdilər. Srağagün isə, o, Müsavatın Avropa Koordinasiya Mərkəzi (AKM) və saxta arayışlar haqqında danışıb. Bildirib ki, 2016-cı ildən partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb edib, ancaq buna imkan verilməyib: "Hörmətli başqan Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının adına bir ərizə də yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın da mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində həmin arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, elə ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb edirlər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa, açıqlayacam. Siz hələ ortada olan suallara cavab verin”.


T.Yaqublu daha sonra qeyd edib ki, AKM Müsavat Partiyasının strukturudur, onun rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb: "Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunları onun partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə, QHT kimi qeydiyyatdan keçirməyə məcbur oldular. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat Partiyasına aidiyyatı olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki, içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib, yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda da evin ona aid olmadığını deyir".

Müsavat funksioneri Yadigar Sadıqlı da Müsavat Partiyasının üzvlərə verdiyi arayışlara əlçatanlığın mümkün olmadığını deyib: "Müsavat Partiyasının ali orqanında - Divanda təmsil olunmağımıza baxmayaraq, verilən arayışlarla tanış ola bilmirik. Üç gün sonra başqan Arif Hacılı elə həmin verilişdə "Müsavat daxilində şəffaflıqla bağlı hər hansı problem yoxdur" deyərək bizim arayışlarla tanış ola biləcəyimizi söylədi. Bundan sonra Tofiq Yaqublu yazılı surətdə İcra aparatının rəhbəri Gülağa Aslanlıya müraciət edib, arayışlarla tanış olmaq istəyib. Bu müraciətə heç vaxt cavab verilmədi. Bu gün isə Tofiq bəyin statusunda Gülağa Aslanlı yazır ki, "Arayış verilən şəxslərin açıqlanmasını, onların ailə üzvlərinin təzyiqə məruz qala bilməsi və bir çox digər səbəblərdən ictimailəşdirmək fikrimin olmadığını dəfələrlə söyləmişəm". Buradan belə suallar yaranır: - Gülağa bəy hansı əsasla bu səlahiyyəti mənimsəyib?, şəffaflıq tələb edən bizlər arayışla tanış olan kimi, hökumətə xəbər verəcəkdikmi?, AKM-in Avropada heç bir xüsusi önəmi olmayan meydanlarda, Azərbaycan dilində plakatlarla keçirdiyi aksiyalarda şəkil çəkdirib paylaşanda ailə üzvlərinə niyə təzyiq olmur?, əgər onun belə bir fikri yox idisə, Arif Hacılı niyə ictimaiyyətə yanlış məlumat verirdi?”.

Başqa bir müsavatçı Alya Yaqublu da bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Gülağa Aslanlının dediyindən belə çıxır ki, Tofiq Yaqublu ondan zəif və vicdansız adamdır, prinsipsizin biridir: "Absurd və gülünc deyilmi? Partiya sənədlərini görmək hüququnun məhz bu gülünc arqumentlə inhisara alınması demokratiyanın üzünə tüpürmək deyilmi?”.

Almaniyada yaşayan müsavatçı jurnalist Yafəz Əkrəmoğlu isə öz "Facebook” profilində Almaniyada Müsavat Partiyasının "siyasi mühacir” məsələsi ilə bağlı cinayət işinin açılmasından sonra ortaya yeni faktların çıxmasına dair status paylaşıb. Bildirib ki, Koblenz məhkəməsinin "siyasi mühacir” işi ilə bağlı qərarında adı müqəssir olaraq keçən Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsənin bir gündə 80 saxta vəsiqə verdiyi faktı yayılıb. Yeni faktda İ.Həsənin imzası ilə verilən 3 vəsiqə təqdim edilib: "2016-cı ilin 5 dekabrda 36 saylı, 2017-ci ilin 18 aprelində 16 saylı, həmin ilin 19 aprelində 96 saylı vəsiqə. Burada tarixlərə və nömrələrə diqqət etmək lazımdır. 36 saylı vəsiqə 5 dekabr 2016-cı ildə verilib. Bundan 4 ay sonra, 18 aprel 2017-ci ildə isə 20 rəqəm aşağı olmaqla 16 saylı vəsiqə verilib. Normalda ən az 37-ci vəsiqə verilməli idi. Nömrә sayları artmaq yerinә azalıb. Bu maxinasiyaya hesablanmış taktikadır. Әlavә olaraq, 17 apreldə 16 saylı, bundan bir gün sonra, 18 apreldә isə 96 saylı vəsiqə verilib. Bu o demәkdir ki, İlham Həsən bir gün ərzində 80 vəsiqə paylayıb”.

Müsavat Partiyası funksioneri Gülağa Aslanlı mühacir alveri qalmaqalı ilə bağlı partiya qarşısında davamlı olaraq faktlar qoyan jurnalist Y.Əkrəmoğlunu təhdid edərək onu məhkəməyə verəcəyini deyib. O, növbəti addım kimi Almaniya məhkəməsinə müraciət edəcəyini bildirib: "Bütün hallarda son söz Avropa məhkəmələrinin olacaq. Yaşayarıq, görərik”.

Jurnalist Y.Əkrəmoğlu onun bu təhdidlərinə cavab olaraq digər fakt açıqlayıb. Bildirib ki, Gülağa Aslanlı mühacirәtә gәlәnlәr üçün "paket" düzəldir: "Paketin aşağı qiymәti 6 mindir. Ancaq Avropada bu qәlәti ("qәlәt” farsca sәhv demәkdir) edә bilmәzsәn. Çünki Avropa mәhkәmәlәri sәnin saxta mühacirlәrә verdiyin arayışlardan boğaza yığılıblar. Oturub sәni gözlәyirlәr ki, gәlәn kimi sənin özünü hәbs etsinlər. "Tak çto", papağını qoy qabağına, yaxşı düşün”.
Alpər TURAN




banner

Oxşar Xəbərlər