• cümə, 26 Aprel, 08:39
  • Baku Bakı 12°C

Müsavat Qadınlar Birliyi buraxıla bilər

03.02.15 09:48 960
Müsavat Qadınlar Birliyi buraxıla bilər
“Vəfa Cümşüdlü mənə qarşı qərəzlidir. Çünki Qadınlar Birliyi sədrliyinə keçirilən seçkilərdə ona qalib gəlmişəm".
Bunu APA-ya açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib. E. Məmmədli bildirib ki, birliyin sabiq sədri, Divan üzvü Vəfa Cümşüdlü onunla “kreslo” davası aparır. O, partiyanın Nizamnaməsinə zidd fəaliyyət göstərmədiyini, bu səbəblə Divanda ona edilən xəbərdarlığı qəbul etmədiyini və buna qarşı mübarizə aparacağını açıqlayıb.
V. Cümşüdlü isə APA-ya açıqlamasında E. Məmmədlinin bu mövqeyindən təəssüfləndiyini söyləyib. Onun sözlərinə görə, partiyanın hazırkı Qadınlar Birliyi buraxılmalıdır: “Bunu onunla əsaslandırıram ki, bu birliyin sədri Ellada Məmmədli partiyanın rəhbərliyinə, seçilmiş strukturlarına, partiyanın yürütdüyü siyasətə zidd fəaliyyətinə, eyni zamanda partiyanın əleyhinə mütəmadi fəaliyyət göstərən və partiyadan çıxarılmış adamların təmsil olunduğu ADR-də fəaliyyətini davam etdirdiyinə görə Müsavatda Qadınlar Birliyinin sədri kimi qala bilməz. Mən həm də onun partiyadan xaric olunmasını tələb etmişəm və bu tələbimdə də israrlıyam”.
banner

Oxşar Xəbərlər