• cümə, 26 Aprel, 23:15
  • Baku Bakı 22°C

Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

16.02.18 20:38 778
Münxen Təhlükəsizlik Konfransı işə başlayıb
Bir qədər əvvəl Bavariyanın paytaxtında Təhlükəsizlik üzrə növbəti, 54-cü Münxen konfransı işə başlayıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu il forumda 500-dən çox qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı, 80-ə yaxın xarici işlər və müdafiə nazirləri iştirak edir. Lakin Almaniyanın hazırkı kansleri Angela Merkel yeni hökumətin qurulması barədə danışıqlar apardığı üçün konfransa qatılmayıb.
BMT-nin Baş katibi Antonio Quterreş, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa diplomatiyasının başçısı Federika Moqerini, NATO-nun Baş katibi Yens Stoltenberq, Britaniyanın Baş naziri Tereza Mey, Avstriya kansleri Sebastyan Kurts, İsrail hökumətinin başçısı Benyamin Netanyahu, Ukrayna Prezidenti Petro Poroşenko Münxen Təhlükəsizlik Konfransında iştirak edəcəklərini təsdiqləyiblər.
Azərbaycanı konfransda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.
Münxen konfransının əsası NATO-ya üzv dövlətlərin "müdafiə qurumları nümayəndələrinin iclası” kimi 1963-cü ildə qoyulub və bu ənənə 30 il davam edib. 1990-cı illərdən başlayaraq, bu beynəlxalq forumda dünyanın 40-dan çox ölkəsindən hərbçilərlə yanaşı, siyasətçilər, diplomatlar, biznesmenlər, elm adamları və ictimai xadimlər iştirak edirlər.
banner

Oxşar Xəbərlər