AZE | RUS | ENG |

Multikulturalizm ənənələrimiz İsveçrə ictimaiyyətinə təqdim olunub

Multikulturalizm ənənələrimiz İsveçrə ictimaiyyətinə təqdim olunub
2018-ci il noyabrın 27-də Azərbaycanın İsveçrədəki Səfirliyinin təşkilatçılığı ilə bu ölkənin yeganə ikidilli ali təhsil müəssisəsi olan Friburq Universitetinin Sosial Elmlər fakültəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun "Azərbaycanda dövlət-din münasibətləri və dini siyasət” mövzusunda mühazirəsi keçirilib.
Trend-in məlumatına görə, Friburq Universitetinin professor heyəti və tələbələrinin iştirak etdiyi mühazirədə E.Nəcəfov auditoriyanı Azərbaycanın multikulturalizm ənənələri və bu fenomenin səbəbləri barədə məlumatlandırıb, ölkəmizdə mövcud olan müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasəti barədə ətraflı danışıb.
Mühazirə vaxtı qeyd edilib ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasəti, həm də cəmiyyətin həyat tərzidir və Azərbaycan etnik və dini zəmində münaqişənin yaşanmadığı nadir dövlətlərdən biridir. Azərbaycanda bütün dinlərə məxsus mədəniyyət abidələri qorunduğu halda, Ermənistanın işğalı altında olan torpaqlarımızda Azərbaycanın dini-mədəni abidələrinin dağıdıldığı da iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda daxili siyasət kimi multikulturalizmin Azərbaycanın xarici siyasətinə təsirinə, bu təsirin xarici siyasətimizi əməkdaşlıq və dinlərarası dialoqu təşviq etməyə yönəltdiyinə toxunulub və bu kontekstdə auditoriyaya "Bakı Prosesi”, bu proses çərçivəsində ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər barədə məlumat verilib.
Daha sonra auditoriyanın Azərbaycanın dünyəvi dövlət ənənələri, dini icmaların fəaliyyətinin tənzimlənməsi, ölkəmizdə dini və milli kimlik anlayışları, Azərbaycanın gələcəyə baxış strategiyası, "Bakı Prosesi” çərçivəsində Ermənistan və Azərbaycan arasında barışıq təşəbbüsləri və s. barədə suallarına aydınlıq gətirilib.
Sonda Friburq Universiteti tərəfdən mühazirənin təşkilatçısı olan professor Ansqar Yödikeyə "Azərbaycan multikulturalizmi” və "Azərbaycan multikulturalizminin ədəbi qaynaqları” kitabları hədiyyə edilmişdir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917