• şənbə, 27 Aprel, 02:09
  • Baku Bakı 14°C

Müdafiə nazirləri arasında üçtərəfli danışıqlar

18.08.14 12:31 954
Müdafiə nazirləri arasında üçtərəfli danışıqlar
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Naxçıvana toplaşırlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 18-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gediblər.
Günün ikinci yarısında Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın da Naxçıvan şəhərinə gəlişi gözlənilir.
Avqustun 19-dək davam edəcək səfər zamanı müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər