• cümə, 26 Aprel, 15:11
  • Baku Bakı 23°C

MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

14.02.18 16:53 556
MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədiİlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, iclasdaİlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayındaİlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibiƏli Əhmədovvə partiyanın icra katibinin müaviniMübariz Qurbanlı isə prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri olub.

YAP icra katibinin müaviniSiyavuş Novruzovisə YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiqlənib.
banner

Oxşar Xəbərlər