AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı

MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı

Siyasət
24 Fevral 2020, 19:59 1202
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Elşad İsrafilovun müraciətinə baxılıb.
Trend-in xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, digər namizədin xeyrinə səslərin artırıldığını iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 2 seçki məntəqəsində pozuntu halları aşkar edilib”. İclasda daha sonra həmin dairənin 2 seçki ( 7 və32 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.