Moskvada Röya Ayxanın konserti olacaq
Dekabrın 7-də Moskvada, Veqas Siti Hollda Azərbaycanın Əməkdar Artisti Röya Ayxanın konserti olacaq. Müğənni Rusiyanın paytaxtına rəngarəng musiqili şou gətirəcək.
AZƏRTACxəbər verir ki, konsertin təşkilatçısı "Moskvada Azərbaycan Mədəniyyəti və İncəsənəti Studiyası (Azstudia), informasiya tərəfdaşı isə "Vostok FM” radiosudur.