• şənbə, 27 Aprel, 07:33
  • Baku Bakı 12°C

Moskvada arxitektura və şəhərsalma sahəsində mükafatlar təqdim olunub

26.07.19 14:00 11830
Moskvada arxitektura və şəhərsalma sahəsində mükafatlar təqdim olunub
Moskva hökuməti arxitektura və şəhərsalma sahəsində mükafatlar təqdim edib.
AZƏRTACTASS-a istinadla xəbər verir ki, mükafatların təqdimetmə mərasimi Moskva merliyində keçirilib.
"Müsabiqəyə 70-dən çox iştirakçı qatılıb, 20 layihə isə finalda iştirak edib. Biz görürük ki, layihələrin keyfiyyətində artım var. Bu, həm də Moskvanın meqapolis kimi bütün istiqamətlərdə dinamik inkişafının göstəricisidir”, - deyə paytaxt merinin müavini Marat Xusnullin bildirib.
Təhsil və səhiyyə obyektlərinin ən yaxşı arxitektura və şəhərsalma həlli nominasiyasında Moskvada doğum evi layihəsini təqdim edən "TPO Rezerv” şirkəti qalib gəlib.
Yaşayış obyekti nominasiyasında isə Moskvanın mərkəzində çoxmərtəbəli yaşayış kompleksinin layihəsi ilə müsabiqəyə qatılan Sergey Skuratovun arxitektura bürosu mükafata layiq görülüb.
Qeyd edək ki, Moskvanın arxitektura və şəhərsalma sahəsində mükafatları 2017-ci ildə təsis edilib.
banner

Oxşar Xəbərlər