AZE | RUS | ENG |


Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə kitab çap olunub

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə kitab çap olunub
Azərbaycan Prezidentinin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Molla Pənah Vaqif” adlı kitab nəşr olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun müəllifi olduğu kitabda dahi söz ustasının həyat yolundan söhbət açılır, ədibin yaradıcılığı geniş aspektdə təhlil edilir. Vaqifşünaslığın zəngin ənənələrinə əsaslanan əsər, eyni zamanda, bir sıra yeni ideyaları ilə seçilir. İngilis dilində xülasənin daxil edildiyi kitab "Renessans-A” nəşriyyat evində yüksək poliqrafik keyfiyyətlə çap olunub.

Sentyabrın 28-30-da Bakıda baş tutacaq V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində "Molla Pənah Vaqif” kitabının geniş təqdimatı keçiriləcək.
Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202