“Missiyamız insanların həyatına dəyər qatan ideyaları paylaşmaqdır”
Sabahın inkişafı bu günün gənclərinin əlindədir. Gənclər hərtərəfli
inkişafları üçün yalnız universitet təhsillə kifayətlənməyib, müxtəlif
istiqamətlərdə təşkil olunan tədbirlərdə, layihələrdə iştirak etməlidirlər.
Tədbirlərdə iştirak edən gənclər həm sosial, həm elmi, həm də psixoloji
baxımdan özlərini inkişaf etdirirlər. Digər tərəfdən, həmin tədbirlər gənclərə
öz məqsədlərinə çatmaq üçün motivasiyaverici rol oynayır. 22 aprel tarixində "Pullman”
oteldə "Gələcəyini bu gün inşa et” sloqanı ilə keçiriləcək "Mentor Talks”
təbiri də bu qəbildəndir. Tədbir haqqında daha geniş məlumat əldə etmək üçün layihənin
təşkilatçılarından olan Şamil Bağmanovla həmsöhbət olduq.
- Belə bir tədbir keçirmək ideyası necə yarandı?
- Tədbirin təşkilat
komitəsində kimlər var?
- Tədbirin spikerləri kimlərdir və
spiker seçimində hansı nüanslara önəm verdiniz?
Tədbir 22 apreldə "Pullman” hoteldə keçiriləcək. Hər biri 20 dəqiqə
olmaqla, 7 təcrübəli spikerin çıxış edəcəyi "Mentor Talks” 14:00-dan 18:00-a
qədər davam edəcək. İlk olaraq qeydiyyatla başlayacaq. Tədbirimizin ilk 50
dəqiqəsi tanışlıq olacaq və bu müddət ərzində musiqiçilər fleyta və skripkada
ifa edəcəklər, sonra dinləyiciləri salamlayıb, çıxışçıları təqdim edəcəyik. Və
ardınca isə spikerlər öz mövzuları haqqında danışacaqlar. İlham bəy "Biz
bunları çoxdan bilirik”, Cəlalə Nəzəroğlu "Dilimin ucundakı kəlmələr”, Seymur Rəsulov
"Gələcək üçün bu gün nə etməli?”, Coşqun Kərimov
"Arzuladığınız hissi indi yaşayın”, Həbib Əlizadə "Görəsən, mən o müəlliməm?” Həlimə Qəmərlinskaya "Özünüinkişaf və motivasiyanın psixologiyası”, İsmayıl Vəliyev "Bizə Mentor lazımdırmı?” mövzusunda təcrübələrini iştirakçılarla bölüşəcəklər. Spikerlərimizdən İsmayıl bəy tədbirimizə ABŞ-dan canlı bağlantı ilə qoşulacaq. Dinləyicilərin yorulmamağı üçün arada qısa çay fasiləsi də olacaq.
- Belə bir tədbiri keçirməkdə məqsədiniz nədir?
- Bu tipli tədbirlər çox olur. Sizin digərlərindən fərqiniz nə olacaq?
- Bəli, biletlərimizin qiymətlərində müəyyən qədər fərqlilik var. Belə ki,
tədbirdə iştirak etmək istəyənlər üçün təklif olunan standart qiymət 29, ianə
biletlərinin qiyməti 39, klass biletlər isə 69 manatdır. Dinləyicilər hansını
istəsələr ala bilərlər. İanə biletin fərqi ondadır ki, həmin məbləğin 10 manatı
ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq. Klass bileti alan
şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı
qazanacaqlar. Biletlər artıq satışdadır. Almaq istəyənlər saytımızda qeydiyyat
keçə və ya "Mentor Talks”un "facebook” səhifəsindən məlumat əldə bilər.
- Gözləntiləriniz nələrdir?
- Bu işdə dəstəkçiləriniz kimlərdir?
Günel Azadə
- Belə bir tədbir keçirmək ideyası necə yarandı?
- Bu suala cavabı "mentor kimə deyirik” açıqlaması ilə başlamaq istəyirəm.
Mentorlar öz bilik və təcrübələrini başqaları ilə paylaşan, insanlara ilham
verən şəxslərdir. Yaxşı mentor təkcə faydalı məsləhətlər verən şəxs deyil, eyni
zamanda insanların özündə görmədiyi tərəflərini göstərməklə bərabər, nümunə
olan şəxsdir. Hər kəs mentora ehtiyac hiss edir. Çünki mentorla yüksəlmək daha
əlçatandır. Formal təhsillə bərabər, mentorlar və kitablar özümüzü
yetişdirməyin ən önəmli vasitələridir, axtardığımız suallara cavab tapmağın
yoludur. Yaxşı mentorlar bizim qabiliyyət və bacarıqlarımızı üzə çıxarda bilər.
Paylaşmaq və mentor olmaq insan ruhunun dərinliklərində olan bir istəkdir.
Çünki hamı nədəsə başqalarına dəstək ola bilər. Haradasa yaxşı mentor və öz
sahəsində daha yaxşı olmaq istəyən insanları görəndə, onları görüşdürmək
istəyim olub. Hamı hər şeydə başqalarına dəstək ola bilməz, ancaq hamı nədəsə
başqalarına dəstək ola bilər düşüncəsindəyəm. Bu tədbirdə eşidəcəyimiz bir
cümlə, hətta bir söz belə həyatımızı müsbətə dəyişə bilər. #MentorTalks’la
insanların həyatına müsbət toxunuş etmək istəyirik. Əlbəttə ki, davamlı inkişafımız üçün öz təcrübələrimizdən,
oxuduqlarımızdan istifadə etməklə yanaşı, başqalarının təcrübələrindən də yararlanmalıyıq.
Bu təcrübələri, öz vizyonlarını paylaşmaq istəyən mentor düşüncəli spikerləri
dinləməliyik. Həm ilham almalı, həm də əsrimizin valyutası olan ideya və
məlumatları dinləyərək öz dünyagörüşümüzü inkişaf etdirməliyik. "Mentor Talks” da elə bunun üçündür.
- Möhtəşəm bir komandamız
var. Demək olar, müxtəlif sahənin insanları bir məqsəd üçün birləşib. Komandamızda
həm kitaba marağı olanlar, həm də vloqqerliklə məşğul olanlar toplaşıb. Həmişə
onlar haqqında "canla-başla iş görən insanlardır” deyirəm. Başqalarının
həyatına dəyər qatan işlərə istəkli olan şəxslərlə bu işi görürük. İlk olaraq
Sərxan Rüstəmovdan danışmaq istəyirəm. Sərxan
Rüstəmov #övladınüçünoxu hashtagı ilə tanınan, "Bookmap” platforması, kitab
vloqları və müsahibələri ilə seçilən biridir. Onun Azərbaycanda hər kvadrat
metrə düşən kitab oxuyan insan sayını artırmaq kimi bir hədəfi var. Kəmalə Rövşən "Youtube”da uşaqlar üçün
nağıl səsləndirən vloqqer və videoqrafdır. Müxtəlif sosial layihələrdə
fəaliyyəti olub. Mojqan Vəlizadə isə
"Wowoman” platformasında aktiv fəaliyyət göstərən, layihələrin idarə
edilməsində təcrübəli gənclərdəndir. Və nəhayət tədbirimizin moderatoru insan
resursları, karyera və davamlı inkişaf üzrə mütəxəssis olan Abid Səmədovdur.
- "Səhnədə coşqulu bir spikeri izləmək, səhrada buz kimi soyuq suyu içmək
qədər təravətləndiricidir” deyimi var. Bir məsələni qeyd edim ki, yaxşı mütəxəssis yaxşı
spiker, yaxşı spiker də yaxşı mütəxəssis demək deyil. Spikerləri seçərkən iki
nüansı əsas götürmüşük. Çıxış edəcək şəxs danışacağı mövzuda təcrübəli və kütlə
qarşısında fikrini ifadə etmə bacarığına sahib olmalıdır. Əlbəttə ki, mentor
düşüncəli insanlar olması da şərtdir. Spikerlərimiz isə layihə meneceri, bloqqer
İlham Ali Yusif, psixoterapevt Həlimə
Qəmərlinskaya, ted-spiker və kouç Seymur Rəsulov, radio aparıcısı və natiqlik
üzrə təlimçi Cəlala Nəzəroğlu, natiq və yazıçı, kouç Coşqun Kərimov, kouç İsmayıl Vəliyev və ucqar kənd müəllimi Həbib
Əlizadədir.
- Tədbirin proqramında nələr nəzərdə
tutulub?
"Arzuladığınız hissi indi yaşayın”, Həbib Əlizadə "Görəsən, mən o müəlliməm?” Həlimə Qəmərlinskaya "Özünüinkişaf və motivasiyanın psixologiyası”, İsmayıl Vəliyev "Bizə Mentor lazımdırmı?” mövzusunda təcrübələrini iştirakçılarla bölüşəcəklər. Spikerlərimizdən İsmayıl bəy tədbirimizə ABŞ-dan canlı bağlantı ilə qoşulacaq. Dinləyicilərin yorulmamağı üçün arada qısa çay fasiləsi də olacaq.
- Belə bir tədbiri keçirməkdə məqsədiniz nədir?
- Sloqanı "Gələcəyini bu gün inşa et” olan "Mentor Talks” tədbirinin
məqsədi özünü yetişdirmək istəyən parlaq fikirli insanları bir araya gətirmək,
ilham verən çıxışlarla onları inkişafa təşviq etməkdir. Missiyamız insanların
həyatına dəyər qatan ideya, məlumatları paylaşmaqdır. Tədbirlərimiz
özünüinkişaf, biznes, dizayn, texnologiya, marketinq, səhiyyə, təhsil kimi
sahələri əhatə edir. İlk təbirimiz özünüinkişafla
bağlıdır. Bu, sadəcə bir tədbir deyil, bir düşüncənin Azərbaycanda yayılmasına
səbəb olacaq təşəbbüsdür, qığılcım anıdır. Buna mentorizm deyirik. Məqsədimiz
ölkədə mentor düşüncəli insanların sayının artmasına şərait yaratmaqdır. Elə
insanlar var ki, onlar hələ kəşf olunmayıblar, halbuki cəmiyyətə böyük
faydaları ola bilər. Hər sahənin mentorları ilə parlaq fikirli insanları bir
araya gətirməyi hədəfləmişik.
- Bizim auditoriyamız parlaq fikirli, gələcəyini inşa etmək istəyən
insanlardır. Spikerlər qədər, iştirakçılarımız da bizim üçün dəyərlidir. Artıq
qeydiyyatdan keçən, biletləri alan şəxsləri gördükcə, bundan bir daha əmin
oluruq. Onlara "ən yaxşısına layiqsiniz” deyirik! Düşünürəm ki, bizim
tədbirimizdə mövzular və spikerlər bir-birini tamamlayacaq. Bundan əlavə,
sosial məsuliyyət tərəfimiz var ki, ucqar kənd şagirdlərinə ianə biletinin müəyyən
məbləği ilə kitablar bağışlanacaq. Həmçinin iştirakçılara çıxışları görəndən
sonra seçim edərək, mentorlarla fərdi sessiya əldə etmək imkanı yaratmışıq.
- Bilet satışında qiymət fərqləri
var, bunun səbəbi nədir?
- Gözləntiləriniz nələrdir?
- Tədbirin çox maraqlı
keçəcəyinə inanırıq və hal hazırda insanlardan gördüyümüz dəstək bunu bizə hiss
etdirir. Belə görünür ki, nəzərdə tutduğumuz bilet sayını artırmalı olacağıq (gülür).
Tədbirin ideya mərhələsindən bu günə qədər dizayn və brendinq üzrə
mütəxəssis, "Markaman” şirkətinin təsisçisi Rəşad Baxışov, promo və çap üzrə "Magenta”
şirkəti, təsisçisi Emin Əlibəyli, "Oskar Education & Consulting” şirkəti
bizə böyük dəstək göstəriblər. "Marja” xəbər agentliyi, "Bizplus”, "Edumap”, "Biznesmen.az”
saytları isə media tərəfdaşlarımızdır.
Günel Azadə