• cümə, 26 Aprel, 08:19
  • Baku Bakı 12°C

Milli Şuranın növbəti mitinqi ilə bağlı ilginc məlumatlar

16.09.16 16:41 1225
Milli Şuranın növbəti mitinqi ilə bağlı ilginc məlumatlar
Milli Şura növbəti mitinqin kütləviliyini təmin etmək üçün aksiyalara pul müqabilində adam cəlb etməyə başlayıb.
Quruma yaxın şəxslərdən birinin verdiyi xəbərə görə, əsasən AXCP üzvləri işçi qüvvənin toplaşdığı yerlərə - Bakı və ətraf kənd və qəsəbələrdəki əmək bazarlarına, metroların giriş və çıxışlarına, ticarət mərkəzlərinə gedərək iş axtaran vətəndaşlara pul müqabilində mitinqə gelməyi təklif edirlər. Hər bir şəxsə aksiyada 2 saat iştirak üçün 10 manat vəd olunur.
Mənbənin sözlərinə görə, bu işə cəlb olunmuş şəxslər siyahı tutaraq partiya rəhbərliyinə təqdim edir, aksiyaya gələcək şəxslər partiya fəalları tərəfindən sayılır və bundan sonra "adamyığanlara” cəlb etdikləri iştirakçıların sayına görə pul verilir.
Qeyd edək ki, bu günlərdə mətbuatda ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin radikal müxalifət liderləri ilə görüşdüyü barədə informasiyalar yayılıb. Bundan əlavə, Milli Şuranın mitinqinin arxasında ABŞ səfirliyinin dayandığı barədə də məlumatlar var. Hətta bildirilir ki, səfirliyin əməkdaşları müxalifət partiyaları və QHT-lərlə əlaqə saxlayaraq onları fəal şəkildə sentyabrın 11-də Milli Şuranın keçirdiyi mitinqdə iştirak etməyə çağırıblar.
Yayılan məlumatlar arasında isə ən çox diqqət çəkəni ABŞ səfirliyinin mitinq keçirmək üçün Milli Şuraya 100 min dollar vəsait ayırmasıdır.
Mənbə onu da əlavə edib ki, sentyabrın 11-də keçirilmiş mitinqdə də iştirak edənlərin əksəriyyəti pul müqabilində gəlibmiş.
aznews.az
banner

Oxşar Xəbərlər