• çərşənbə axşamı, 19 mart, 13:18
  • Baku Bakı 8°C

"Milli Şura" mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil

15.12.19 14:00 630
"Milli Şura" mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil
Radikal müxalifət özünə və sosial bazasına inanmadığı üçün növbədənkənar parlament seçkilərinə getməkdən imtina etmək məcburiyyətində qalıb. Onların elektoratı və sosial bazası yoxdur. Bunu indi Azərbaycanda ən sadə vətəndaş da bilir. Milli Şura mühacir alverində adı hallanan dərnəkdir. Heç siyasi təşkilat da deyil.
Trend-in məlumatına görə, bunu millət vəkili Sona Əliyeva deyib.
O, Milli Şuranın növbədənkənar parlament seçkilərini boykot etməsi ilə bağlı təşkilatın yaydığı bəyanatı şərh edərkən bildirib ki, Azərbaycan xalqı Əli Kərimli və onun barmaq sayı qədər tərəfdarını çoxdan tarixin qaranlığına göndərib: "Xalq bir daha onlara meydan verməyəcək. Cəmi birillik hakimiyyətləri dönəmində xalqı və dövlətçiliyi uçuruma aparırdılar".
S.Əliyeva əlavə edib ki, ulu öndərimizin siyasi səriştəsi və bacarığı ilə Azərbaycan tarix səhnəsindən silinmək təhlükəsindən xilas oldu. Xalq və iqtidar birliyi bu gün möhkəm təməllər üzərində Azərbaycanı irəliyə aparır:"Güclü iqtisadi inkişaf ölkəmizin işıqlı sabahının qarantına çevrilib. Azərbaycan indi regionun sabitlik adasıdır. Bütün bunlar möhtərəm prezidentimizin uzaqgörən və balanslı siyasəti sayəsində mümkün olub. Bunu radikal müxalifət də çox gözəl dərk edir. Onlar seçkiyə getməməklə hansısa qeyri-sağlam qüvvələrin bizə təzyiq göstərəcəyini düşünürlər. Əlbəttə, yanılırlar. Onlar həmişə yanılıblar. Çünki xalq öz dövlət başçısının yanındadır. Onlar seçkiyə getsə də, getməsə də artıq xeyli müxalif partiya parlament seçkilərinə qatıldığını elan edib. Üstəlik, bu proses davam edir. Xeyli sayda bitərəf namizəd seçkilərə qatılacağını bildirib. Bu cür addımlarla "Milli Şura" özünü şəffaf siyasi proseslərdən təcrid edir. Bununla da cəmiyyət tərəfindən qəbul edilmədiyini də etiraf etmiş olur".

banner

Oxşar Xəbərlər