• şənbə, 27 Aprel, 02:50
  • Baku Bakı 14°C

Milli Şura biabır oldu

17.09.16 17:23 1186
Milli Şura biabır oldu
Bu gün Bakının keçmiş "Məhsul" stadionunda radikalların Milli Şura adlandırılan qurumunun mitinqi keçirilib. Aksiyada heç bir kütləvilik müşahidə edilməyib. İştirakçıların sayı keçən həftəki mitinqdən bir neşə dəfə az olub. Təşkilatçılar pərtlikdən çıxmaq üçün bunun hava şəraiti ilə bağlı olduğunu iddia ediblər. Amma təbii ki, aksiya iştirakşılarının sayının azalması başqa səbəblərlə bağlı olub. Məlum olduğu kimi, keççən həftəki mitinqdən sonra radikal dindarlar Əli Kərimli və tərəfdarlarının onların adından istifadə etdiklərini başa düşmüş və buna qarşı iş aparmağa başlamışılar. Eyni zamanda, dünən dini təşkilatların nümayəndələri onların adından siyasi məqsədlərlə istifadə edilməsinin əleyhinə çıxmışdılar. Amma ümumilikdə azsaylı aksiya iştirakçıları arasında da şiə təəssübkeşlərinin çoxluq təşkil etmələri də diqqətdən yayınmayıb. Onlar dini şüarlar səsləndiriblər.
Bundan əlavə, aksiyaların xarici ölkələrin Bakıdakı səfirlərinin sifarişi ilə təşkil olunması haqqında mətbuatda yer alan məlumatlar da öz rolunu göstərib. narazı elektoratın bir çox təmsilçisi onlardan istifadə edildiyini başa düşərək aksiyanı boykot ediblər.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aksiyada Milli Şuranın 800-dək üzvü və təəssübkeşi iştirak edib.
Aksiya zamanı heç bir insident baş verməyib.


banner

Oxşar Xəbərlər