AZE | RUS | ENG |

Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub

Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub
Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəman məşhur telejurnalist, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin əziz xatirəsinə həsr olunmuş rejissor Kamalə Musazadənin "Alı Zirvəsi” sənədli filminin təqdimatı olub.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Cəmşid Naxçıvanski adına hərbi liseyin şöbə rəisinin müavini, mayor Natiq Rəhimov və liseyin kursantları, BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli, "Xalq Qəzetini”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Məmmədov, KİV nümayəndələri və Alı Mustafayevin ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Mərkəzin "Muzey” bölməsi ilə tanış olublar, ulu öndərin büstünü ziyarət ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və 20 yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı Azər Zeynalzadə qeyd edib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü olduğunu bildirib, həmçinin qəhrəman Alı Mustafayevin həyat haqqında danışıb.

Çıxışçılar, Alı Mustafayevin müəllimləri, dostları onunla bağlı öz xatirələrini bölüşüblər, onun çevik, qorxmaz bir telejurnalist olmasını, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci getməsini, bir neçə dəfə vertolyot qəzasına düşməsinə baxmayaraq daim ön cəbhədə olduğunu bildiriblər.

Daha sonra film tamaşaçılara təqdim olunub. Sonda Milli Qəhrəmanın bacısı Maral Mustafayeva öz ailəsi adından tədbir təşkilatçılarına və filmin çəkilişində əməyi keçənlərə təşəkkürünü bildirib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9284
GEL 1 1 Gürcüstan larisi 0.6418
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2203
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.6975
KWD 1 1 Küveyt dinarı 5.601
TRY 1 1 Türkiyə lirəsi 0.3215