• cümə axşamı, 28 mart, 21:46
  • Baku Bakı 13°C

Milli Musiqi Gününə layiqli töhfə - Fotolar

18.09.20 13:41 1183
Milli Musiqi Gününə layiqli töhfə - Fotolar
18 sentyabr Milli Musiqi Günüdür.Azərbaycan Dövlət Himninin bəstəkarı, Şərqdə ilk operanın müəllifi dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd edilən bu bayram Üzeyir Musiqi Günü də adlanır. Vaxtilə maestro Niyazi tərəfindən ənənəvi olaraq qeyd edilən tarix1995-ci ildən ulu öndər Heydər Əliyevin fərmanı ilə Milli Musiqi Günü- Üzeyir Musiqi Günü kimi qeyd olunur. Bu tarix hər il ənənəvi olaraq musiqi ictimaiyyəti tərəfindən qeyd edilməklə həm musiqi tariximizi yaşadır, həm də insanlara bayram ovqatı bəxş edir.

COVİD-19 koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı məhdudiyyətlər çərçivəsində olsa belə musiqi ictimaiyyəti, təhsil müəssisələri bu il də bayrama ənənəvi sadiqliyini nümayiş etdirdilər.

17 sentyabrdan qapılarını fərdi şəkildə şagirdlərinin üzünə açan Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbi (MMC) də Üzeyir Musiqi Gününə öz töhfəsini verdi."Kaspi Ağ şəhər” və "Kaspi Bakıxanov” Liseyi nəzdində 4 ildir ki, fəaliyyət göstərən təhsil ocağıyaddaqalan təqdimatla çıxış etdi.Belə ki, musiqi bayramına məktəb şagirdlərinin hazırladığı musiqili təqdimat layiqli hədiyyə oldu. Uşaqların ifasında 3 nömrə xor təqdim edildi. Həmçinin təqdim olunan videoçarxlarda şagirdlərinÜzeyir bəyə həsr etdikləri ayrı-ayrı ifalar və çıxışlar yer aldı. ŞagirdlərinÜzeyir Musiqi Gününə həsr etdikləri sərginin nümayişi böyük bayrama sevginin təcəssümünə çevrildi.Balacaların öz fantaziyalarının gücü ilə rəng qatdıqları rəsmlər bayrama gözəl ərməğan oldu. Musiqi dünyasının, musiqi alətlərinin təsvirlərinin yer aldığı rəsmlərdə uşaqların təkcə arzularının ifadəsi deyil, həmçinin dahi bəstəkara, böyük sənətə olan məhəbbətləri əksini tapıb: "Hər il ölkəmizdə Milli Musiqi Günü dahi Üzeyir Hacıbəylinin doğum günü keçirilir. Xalqımız bu günü Milli Musiqi Günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişafına görə məhz Üzeyir Hacıbəyliyə borcludur. Ona görə bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Xüsusi karantin rejiminin qaydalarına riayət olunaraq məktəbimiz də bu bayrama öz töhfəsini verdi”- deyə MMC-nin direktoru Əşrəf Nəcəfov bildirdi.

Direktor rəhbərlik etdiyi məktəbin fəaliyyətinə toxunaraq tədris ocağının əsas məqsədinin şagirdlərin bədii estetik zövqünün formalaşması, gənc və yeniyetmə şagirdlərin istedadənın üzə çıxarılması və bu sahədə bilik və nəaliyyətlərin əldə edilməsindən ibarət olduğunu qeyd etdi. Belə ki, məktəbdə 5-7 illik təhsil proqramlarını başa vuran şagirdlərə Mədəniyyət Nazirliyinin sertifikatları təqdim olunur. Musiqi və incəsənət məktəbində şagirdlər fortepiano, xalq çalğı alətləri (tar, kamança, qarmon), simli alətlər (skripka, gitara), nəfəs alətləri (saksafon), xanəndəlik, estrada oxuma, xoreoqrafiya, rəsm və s. incəsənət ixtisasları üzrə biliklərə yiyələnirlər. Bundan əlavə, Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbində yaş məhdudiyyəti olmadan ödənişliəsaslarla ebry, tikiş, toxuculuq, rəsm dərnəkləri də fəaliyyət göstərir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən məktəbdə dərslərin qrup şəklində nə zaman başlanacağı bəlli deyil. Amma pandemiya ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları və Təhsil Nazirliyinin təlıimatları nəzərə alınaraq dərslərə fərdi şəkildə start verilib.


banner

Oxşar Xəbərlər