Milli-mənəvi sərvətimiz olan muğamın inkişafına mühüm töhfə
Muğam sənəti Azərbaycanın professional musiqi
mədəniyyətinin şifahi irsidir. Xalqımızın mədəni ənənələrində və tarixində
dərin köklərə malikdir. Bu gün muğam sənətinin inkişafı ilə bağlı Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva saysız işlər görür. Onun muğamın yaşadılması ilə bağlı həyata keçirdiyi
layihələr öz nəticəsini göstərir. Muğamımızın sədası beynəlxalq arenalardan
eşidilir, tanıdılır. Mehriban xanımın milli-mənəvi dəyərlərimizin qorunması və
dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında
xüsusi əhəmiyyəti olan məhz Muğam mərkəzlərinin inşasıdır. Onlardan birinin - Ağdam
Muğam Mərkəzinin açılışı srağagün baş tutub.
Birinci xanım Mehriban Əliyeva isə çıxışında muğamın
nadir sənət olduğunu bildirib və onu Azərbaycanın ən böyük sərvətlərindən biri
kimi qiymətləndirib: "Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar
haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz
ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə
müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin
minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə
fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi
çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki,
müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz
bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün
olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun".
Mərkəzin açılışında iştirak edən xalq artistləri, muğam ustaları səfərdən sonra təəssüratlarını "Kaspi” ilə bölüşdülər. Bildirdilər ki, Ağdam tarixən Qarabağda bir mədəniyyət mərkəzi rolunu oynayıb. "Xarı bülbül” kimi festivallar məhz orada keçirilib. Hazırda ərazisinin 80 faizi düşmən işğalı altında olan Ağdam, vaxtilə çal-çağırlı mədəniyyət ocağı olub.
Xalq artisti Arif Babayev bizimlə söhbətində bildirdi ki, Ağdam Muğam Mərkəzinin tikilməsi və istifadəyə verilməsi çox təqdirəlayiq haldır: "Muğam mərkəzlərinin sayının çoxalması sevindiricidir. Bizim muğamımızı, milli musiqimizi dünya səviyyəsinə məhz Mehriban xanım yüksəldib. Bu, əvəzolunmaz bir işdir. Ölkəmizdə beynəlxalq muğam müsabiqələrinin keçirilməsi gənclərimizin öz sənətlərini dünya miqyasında göstərməsinə imkan verir. Muğam sənətini bu qədər inkişaf etdirən, bu zirvəyə qaldıran dövlətimiz var olsun. Biz muğam sahəsində bu dirçəlişi görüb şad oluruq. Xalqımızın mədəni sərvətlərini dünyaya tanıtmaq çox böyük işdir, böyük bir tarixdir”.
Xalq artisti Mənsum İbrahimov isə Qarabağın gözəl guşəsində Muğam Mərkəzinin açılmasını Azərbaycan muğamına bir töhfə kimi qiymətləndirdi: "Dövlətimizin muğamımıza diqqət və qayğısını hər zaman hiss etmişik. Bu ənənənin təməlini bizim ümummilli liderimiz Heydər Əliyev qoyub. Bu ənənə bu gün çox layiqincə davam etdirilir. Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl hörmətli Mehriban xanımın tapşırığı ilə bölgələrə gedib seçim turları keçiririk. Qarabağ muğamın məskənidir”.
Xalq artisti bildirdi ki, açılışda Mehriban Əliyeva ilə Azərbaycan muğamının inkişafı və perspektivləri ilə bağlı söhbət ediblər: "Mehriban xanım muğam müsabiqələrinin keçirilməsini vacib hesab edir. Qeyd etdi ki, bu, xalqa lazımdır. Çünki müsabiqə muğama yeni gənclər və yeni səslər gətirir. Bu da Azərbaycan muğamının nəsildən-nəslə keçməsi və yaşaması üçün lazımdır. Eyni zamanda, Mehriban xanım Azərbaycan muğamının inkişafından da razı olduğunu bildirdi. Mehriban xanımla söhbətdən çox gözəl təəssüratlarla ayrıldıq”.
Xalq artisti Aygün
Bayramova muğamı milli sərvətimiz, mənəvi dəyərimiz hesab
edir: "Biz muğamı yaşatmalıyıq, qorumalıyıq, inkişaf etdirməliyik. Mehriban
xanım bizə çox doğma, əziz bir insandır. Çünki muğamımıza, ümumiyyətlə,
incəsənətə xidmət edən insanları həmişə dəyərləndirir, həmişə diqqəti bizim
üzərimizdə olur. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən "Muğam
dünyası”, "Qarabağ xanəndələri” layihələri bizim əməyimizə verilən çox böyük
qiymətdir. Biz Mehriban xanımın təşəbbüsü ilə dəfələrlə tədbirlər keçirmişik,
konsert proqramlarında bir araya gəlmişik. Biz çalışırıq ki, muğamımızı həm də
xarici dövlətlərdə gözəl təbliğ edək, musiqimizi, muğamımızı xarici
vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq”.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas bizimlə söhbətində son illər muğam sənətinin inkişafını görməməyin mümkünsüz olduğunu dedi: "Ölkəmizdə, başqa sahələrə olduğu kimi, mədəniyyət sahəsinə, xüsusilə də milli musiqimizin, muğamlarımızın inkişafına ciddi fikir verilir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Muğam milli-mənəvi sərvətimizdir. Bu mərkəzin Ağdamda açılmasına sevinmək lazımdır. Zamanında Ağdamda böyük musiqi festivalları keçirilirdi. Şəhərin mərkəzində musiqi məktəbləri var idi. Muğam məktəbi isə fərdi şəkildə fəaliyyət göstərirdi. Qarabağda Ağdam muğam məktəbi vardı. Məlum hadisələrdən sonra Ağdamda o şərait yox oldu. İndi orada "Şur” ansamblı yenidən fəaliyyət göstərir. Vaxtilə fəaliyyətini dayandırmışdı. Bu gün Ağdamda Muğam Mərkəzi açılırsa, bura təkcə konsert vermək üçün nəzərdə tutulmayıb. Orada siniflər, tədris yerləri var və hər cür şərait yaradılıb. Əslində bu, bir məktəbdir. Bu artıq Qarabağda istifadəyə verilən üçüncü muğam mərkəzidir. Bu da dövlətimizin Qarabağ muğamına olan sevgisindən irəli gəlir”.
Xalq artisti Nəzakət
Teymurova Muğam Mərkəzinin açılmasının Azərbaycan muğamına
çox böyük töhfə verəcəyini qeyd etdi: "Mehriban xanım hər zaman bizim milli
musiqimizə dəyər verib. İstər gənc, istərsə də ustad sənətkarlarımıza öz
qayğısını əsirgəməyib. O ustad sənətkarlarımıza xüsusi diqqət göstərir. Məhz
Ağdamda, vətənindən uzaq düşmüş insanların əhatəsində belə bir mərkəzin
açılması çox təqdirəlayiq haldır. Çünki qaçqınların, məcburi köçkünlərin qəlbi
kövrək olur. Artıq Qarabağda üçüncü muğam evi fəaliyyət göstərir. Bu da orada
yaşayan vətənindən uzaq düşmüş həmvətənlərimiz üçün bir sevincdir. Orada yeni
kadrlar yetişdiriləcək, konsert proqramları təşkil olunacaq. Çalışacağıq ki,
biz də orada iştirak edək. Bu mərkəz düşmənlə üz-üzə yaşayan insanlara yaxşı
bir stimuldur, onlara ruh yüksəkliyi verir. Həmin insanlar hiss edirlər ki,
dövlət onların arxasındadır, sahibsiz deyillər. Prezident və Mehriban xanım
Əliyeva öz çıxışlarında bunları dönə-dönə vurğuladılar. Mehriban xanım bu
layihələrə yeni-yeni başlayanda, muğam ustadlarını ətrafına cəm edib, hansı
problemlərin olduğunu xəbər almışdı. Bu gün o problemlər öz həllini tapıb”.
Doğrudan da, indiyədək istifadəyə verilmiş Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib. İnanırıq ki, bu mərkəzdə də yeni-yeni istedadlarımız yetişəcək, onların səsləri böyük səhnələrdən eşidiləcək.
Xəyalə Rəis
Muğam
Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət
xadimləri ilə görüşüblər. Dövlət başçısı Ağdam
rayonunun tarixində çox əlamətdar bir gün olduğunu qeyd edib: "Bu gözəl,
möhtəşəm bina onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan
muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq
baxımından çox gözəldir, həm də daxili tərtibatı göz oxşayır. Dərs otaqları,
eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam
Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər
muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti,
çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam
ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri
iştirak edirlər. Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə
mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə
Muğam Mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam
Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində - bulvarda
yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən
yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında Muğam mərkəzləri
yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət,
hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son
illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl
milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın
Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri
keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox
böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol
tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan
vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam
müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev
Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları
da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu
festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir
və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti,
istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni
Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha
da möhkəmləndirir”.