• cümə, 26 Aprel, 22:54
  • Baku Bakı 22°C

Milli İncəsənət Muzeyində “Qürur və düha. Yaşayan əfsanə” adlı sərgi açılacaq

03.02.18 18:42 1006
Milli İncəsənət Muzeyində “Qürur və düha. Yaşayan əfsanə” adlı sərgi açılacaq
Fevralın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş "Qürur və düha. Yaşayan əfsanə” adlı sərgi açılacaq.
MuzeydənAZƏRTAC-a bildirilib ki, sərgidə görkəmli bəstəkarın yaradıcılığına ithaf olunmuş 40-a yaxın qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ tətbiqi sənət nümunəsi nümayiş olunacaq.
Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Tahir Salahovun ev-muzeyinin kolleksiyalarından Azərbaycan Xalça Muzeyindən əsərlər təqdim olunacaq.
banner

Oxşar Xəbərlər