• şənbə, 27 Aprel, 07:01
  • Baku Bakı 12°C

Millət vəkili AMİA-nı Cənubi Qafqazdakı münaqişələrə həssas yanaşmağa çağırıb

09.06.18 09:43 485
Millət vəkili AMİA-nı Cənubi Qafqazdakı münaqişələrə həssas yanaşmağa çağırıb
"Şərqdə ilk dəfəAzərbaycan Xalq Cümhuriyyətində qadınlara səsvermə hüququ verilib".
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, Azərbaycan Avropa və Asiya arasında çox önəmli nəqliyyat qovşağına çevrilib: "Qarşımızda duran ən cciddi problem ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. AzərbaycanınDağlıq Qarabağbölgəsi və ətrafdakı 7 rayonu Rusiyanın forpostu olan Ermənistan tərəfindən işğal olunub. 1999-cu ildə Dəmirçiyan münaqişənin Azərbaycanla sülh yolu ilə həll olunması ilə bağlı danışıqlara başladığı üçün parlamentdə qətlə yetirilib".
Millət vəkili qeyd edib ki,Ermənistan beynəlxalq hüquqa riayət edərsə, münaqişə həllini tapacaq: "Bu münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb. Biz ordu müdafiə sənayesinin inkişafına böyük diqqət yetiririk. Bu münaqişə həllini taparsa, bu vəsait digər sahələrə həllini tapa bilər. BizDağlıq Qarabağmünaqişəsinin həlli zamanının çatdığını düşünürük. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçünBMTTəhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək lazımdır".
Q. Həsənquliyev sammit iştirakçılarını Cənubi Qafqaz regionunda baş verənlərə etinasız qalmamağa çağırıb.
banner

Oxşar Xəbərlər