• cümə, 26 Aprel, 23:25
  • Baku Bakı 22°C

Mətanət Əsədova: “Jurnalistlər ancaq məni vurur, nə qədər olar?“

11.09.14 15:11 1877
Mətanət Əsədova: “Jurnalistlər ancaq məni vurur, nə qədər olar?“
Müğənni Mətanət Əsədova klip çəkilişlərinə hazırlaşır. Bu barədə publika.az-a danışan sənətçi bildirib ki, “Ağla gözlərim” adlanan mahnının bəstəkarı Cabbar Musayevdir: “Mahnı məhz mənim üçün Cabbar Musayev tərəfindən yazılıb. Sözləri mərhum şairimiz Nüsrət Kəsəmənliyə aiddir. Mahnı bir müddət radio dalğalarında yayımlanandan sonra klip çəkilişərinə başlayacağıq. Yeni mövsümdə efirə kliplə qayıdacağam”.
M.Əsədova həmişə olduğu kimi mətbuatı onun sənətinə az yer ayırmaqda ittiham edib: “Mən sənətkaram e, səsimdən yazın. Səsi olmayanları təbliğ edirsiniz. Əllərindən yaxşı iş gəlmir ki. Ancaq məni vururlar. Nə qədər olar axı?”
Qeyd edək ki, bu, müğənninin ilk klipi olacaq.
banner

Oxşar Xəbərlər