• cümə, 26 Aprel, 21:37
  • Baku Bakı 22°C

Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır

14.11.18 12:52 352
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
Almaniya kansleri Angela Merkel Avropa İttifaqına (Aİ) məxsus ordunun yaradılması ideyasını dəstəkləyib.
AZƏRTACxəbər verir ki, AFR hökumətinin rəhbəri Avropa Parlamentinin Strasburqda keçirilən iclasında deyib: "Biz gələcəkdə əsl Avropa ordusunun yaradılması ideyasının həyata keçirilməsi üzərində iş aparmalıyıq”.
Merkelin sözlərinə görə, özünün ordusu olan Avropa bütün dünyaya göstərəcək ki, bu qitədə bir daha müharibələr olmayacaq. Kansler vurğulayıb ki, bu addım NATO üçün də faydalı olacaq.
Almaniya kansleri silah ixracı üzrə Aİ-də vahid siyasətin də zəruriliyini qeyd edib.
banner

Oxşar Xəbərlər