• cümə, 26 Aprel, 22:59
  • Baku Bakı 22°C

Mənfi rolların şəkər kimi ifaçısını şəkər apardı

23.12.16 11:30 2360
Mənfi rolların şəkər kimi ifaçısını şəkər apardı
Azərbaycanın kino və teatr aləmi daha bir aktyorunu itirdi. Xalq artisti Muxtar Maniyev həyata vida dedi. 150-dən çox filmdə irili-xırdalı rollar oynayan, teatr səhnəsində rəngarəng rollarla tamaşaçıların rəğbətini qazanan aktyor uzun müddət idi ki, şəkərli diabetdən əziyyət çəkirdi. Ayaqlarının hər ikisi amputasiya edilmişdi. Qaynar, hay-küylü həyata alışan aktyor birdən-birə sakitliyə və qəmginliyə qapanmışdı. "Son vaxtlar çox zəifləmişdi. Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu dedi.İkicə dəqiqə keçmədi, qəfildən gözlərini yumdu”- deyə həyat yoldaşı aktyorun son anlarını göz yaşları içərisində danışıb.
Geoloq olmalı idi
Muxtar Maniyev bir neçə il əvvəl "Kaspi”nin də qonağı olmuşdu. Gəncliyindən, onu aktyorluğa gətirən həvəsdən, sənət yollarında rastlaşdığı çətinliklərdən, qazandığı şöhrətdən danışmışdı. "Ak­tyor ol­maq­ üçün qar­şı­nız­da ki­min ob­ra­zı olub?”- sualına "Heç kim de­yə bil­məz ki, ki­mi­sə təq­lid eləmişəm. Bir az bö­yük çı­xsa da, deməliyəm ki, bu, mən­də anadan­gəl­mə­dir. İn­di is­te­da­dı olan da, ol­ma­yan da de­yir ki, bu, mən­də Al­lah ver­gi­si­dir. Sən bil­mir­sən ki, Al­lah ver­gi­si in­sa­na ne­cə gə­lir. Baş­qa­sı­nın bey­ni­nə yox, an­caq sə­nin bey­ni­nə gə­lir. Çün­ki ça­lış­qan­lıq ol­ma­lı­dır. Da­im iş­lə­yə­sən, dü­şü­nə­sən və bunun ət­ra­fın­da fır­la­na­san” cavabını vermişdi.

M.Maniyev sənətə ilk gəldiyi vaxtlardan söhbət açaraq, aktyorluğa baş­qa­la­rı­na nis­bə­tən bir qə­dər gec başladığını, uşaq vax­tı öz­fəa­liy­yət dər­nək­lə­ri­nə getdiyini, sənətlə bağlı xəyallar qurduğunu, hər­bi xid­mət­dən qa­yı­dan­dan son­ra isə sənət aləminə gəldiyini söyləyirdi: "Əs­gər­lik­dən qa­baq Neft və Kimya İnstitutunda oxu­mu­şam. Geo­loq olmalı idim. Hərbi xidmətdən qa­yı­dan­dan son­ra sə­nəd­lə­ri­mi İn­cə­sə­nət İns­ti­tu­tu­na ver­dim. Valideynlərim bağda idilər, odur ki, xəbərləri olmadı. Bəxtimdən imtahanları Ədil İs­gən­də­rov qə­bul edirdi. İnstituta daxil oldum. İlk gün­dən ünsiyyətimiz yarandı. O, bu sə­nə­ti mənə öy­rət­di. Mə­ni hətta bi­rin­ci kurs­da oxuyanda "Azdrama”ya işə qə­bul elə­di. Son­ra öz ya­nın­da ak­tyor sə­nə­ti kurs­la­rı­na gə­tir­di. Bi­rin­ci kur­su qur­ta­ran­da - 1959-cu il­də Mosk­va­ya de­ka­da­ya get­dik. Gənc aktyor kimi bu, mənim həyatımda böyük hadisə idi”. Muxtar Maniyev səh­nə­də Sid­qi Ru­hul­la, Mir­zəa­ğa Əli­yev, Hü­seyn Ra­zi, Əj­dər Sul­ta­nov, Mər­ziy­yə Da­vu­do­va, Mir­va­ri Nov­ru­zo­va­ kimi sənətkarları görür, bəziləri ilə tərəf müqabil olur. Sənətin sirlərini onlardan öyrənir: "Biz o kol­lek­tiv­lə hər gün bir yer­də idik. Ge­cə-gün­düz ça­lı­şır, qas­trol­la­ra ge­dir­dik. Ədil mü­əl­li­min tə­lə­bə­si ol­du­ğu­muz üçün dərs­lə­ri­mi­zin ço­xu­nu Dram Te­at­rın­da ke­çir­dik. Dərs­dən son­ra səh­nə­yə çıx­maq üçün teatrda qa­lır­dıq. Bu, öy­rən­mək üçün çox yax­şı təcrübə idi”- deyə aktyor xatırlayırdı.
Yeni ampluada aktyor
Muxtar Maniyev institutun birinci kursunda oxuyanda "Koroğlu” filmində dəmirçi oğlu Polad rolunda çəkilib. Kinorejissor Hüseyn Seyidzadə həmin filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan seçib. Qəhrəmanlıq dastanı əsasında çəkilən filmdəki rolundan sonra tənqidçilərin onun haqqında söylədikləri fikirlər sırasında "kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib” sözləri də yer almışdı. M.Maniyev kinoda ilk rolunu belə xatırlayırdı: "Bi­rin­ci kur­su qur­ta­ran­dan son­ra ki­nos­tu­di­ya­da "Ko­roğ­lu” fil­mi­ni çəkmə­yə ha­zır­la­şır­dı­lar. Mə­ni at sür­mə­yə ça­ğır­dı­lar. Məşq­lər­də iş­ti­rak elə­dim. At­çı­lar da, məşq­çi­lər də Gür­cüs­tan­dan gəlmişdilər. Mən or­da İran sə­fi­ri­ni mü­şa­yi­ət edən iki ça­par­dan bi­ri­nin ro­lu­na çə­ki­lə­cək­dim. Biz hər gün ge­dib "Dom­so­vet”in qa­ba­ğın­da üç sa­at məşq edir­dik. Yax­şı at ­sü­rməyi öyrəndim. Biz at­la­rı qa­ta­ra min­di­rib Yev­la­xa, or­dan da Xan­kən­di­nə get­dik. Or­da Həm­zə­nin cı­rıq pal­tar­da to­ya gəl­mə­si səh­nə­si çə­ki­lir­di. Həm­zə ro­lu­nu oy­na­yan ak­tyor gəl­mə­miş­di. Tə­lə­sik onun söz­lə­ri­ni və­rəq­də mə­nə ver­di­lər. Ha­fi­zəm yax­şı idi. Tez əz­bər­lə­dim. Bu epi­zo­da da çə­kil­dim. Be­lə­cə, ki­no­da çə­ki­liş­lə­rim baş­la­dı”.

Aktyor daha sonra "İnsan məskən salır”, "O qızı tapın”, "Bizim Cəbiş müəllim” filmlərindəki rolları ilə özünü kino aktyoru kimi təsdiqləyir. "Bəxt üzüyü”ndə Zırpı, "Ölsəm, bğışla” filmində Seyidrza, "Bəyin oğurlanması” filmində Qonaq rolları, həmçinin "Bakıda küləklər əsir”, "Bizim Cəbiş müəllim”, "Sizi dünyalar qədər sevirdim” və s. filmlərdə aktyor müharibə dövrünün müxtəlif xarakterli insanlarının maraqlı obrazlarını yaradır. Muxtar Maniyev həm teatr, həm də kino aktyoru kimi çalışdığından incəsənətin bu iki sahəsi arasındakı fərqli və oxşar cəhətləri gözəl bilirdi: "Hər iki­si çə­tin və bir-bi­rin­dən çox fərq­li sə­nət­lər­dir. Te­atr ak­tyo­ru bir ro­lun üs­tün­də 5-6 ay iş­lə­yir. Son­ra bir ta­ma­şa­nı 1-2 il, elə ta­ma­şa­lar da var ki, 20 il oy­na­yır­lar. 5-6 ay ər­zin­də oy­na­dı­ğı ro­lu tək­mil­ləş­dir­mək im­ka­nı var. Ki­no ak­tyo­ru­nun işi isə is­teh­kam­çı­nın işi­nə bən­zə­yir. O, bir də­fə səhv edir. Çə­kil­di, qur­tar­dı. Onu də­yiş­dir­mə­yə, tək­mil­ləş­dir­mə­yə heç bir im­ka­nın yox­dur. Ki­no ak­tyo­ru snay­per ol­ma­lı, düz on­lu­ğu vur­ma­lı­dır. Ona gö­rə kinoda çəkilmək çox çə­tin­dir. Bu­nun fər­qi­ni bil­mə­yən adam­lar bu sa­at ki­no­da dal­ba­dal çə­ki­lir­lər. İn­di re­jis­sor­lar gənc­lər­dir. Mən sse­na­ri­ni oxu­yu­ram. Xo­şu­ma gə­lir­sə, çə­ki­li­rəm, gəl­mir­sə, razılıq vermirəm”.
Əsas odur ki, rolun yadda qalsın
Bütün həyatının və yaradıcılığının mə­şəq­qət­lər­də keçdiyini deyən Muxtar Maniyev sənətə münasibətdə bir qədər mühafizəkar idi: "Ak­tyor tə­qaü­də get­məz, səh­nə­də ölər”- deyirdi: "Mən ak­tyo­ru çay­da üzən tə­zə ba­lı­ğa bən­zə­di­rəm. Çay­dan qı­ra­ğa at­dın­mı, o, ölü­mə məh­kum­dur. On­la­rı te­atr­dan çı­xar­maq, sənətdən ayırmaq ol­maz. O sənətlə nə­fəs alır, onun qəd­ri­ni bil­mək la­zım­dır”.

Muxtar Maniyev teatrda və kinoda yüzdən çox rol oynamasına baxmayaraq, tamaşaçılar onu daha çox mənfi rolların ifaçısı kimi yadda saxlayblar. Bu barədə səslənən fikirləri özü də inkar etmirdi: "Mənfi rolları oynamaq daha çətindir. Bu, tamaşaçının zövqündən asılıdır. Mənfini də qiymətləndirir, müsbəti də. Əsas odur ki, oynadığın rol kino tarixində qalsın”. "Sev­mə­di­yi­niz ob­ra­zı oy­na­mı­sı­nızmı?” sualına isə aktyorun orijinal cavabı vardı: "Sev­mə­di­yim ob­ra­zı öz əsa­rə­tim al­tı­na sal­mı­şam. O obrazda nə de­mək is­tə­di­yi­mi ta­pmaq istəmişəm. Ak­tyor sə­nə­ti­nin bi­rin­ci şər­ti nə de­mək is­tə­di­yi­ni bil­dir­mə­si­dir. Ak­tyor­lar var, sa­at­lar­la güz­gü­nün qar­şı­sın­da da­ya­nıb öz-öz­lə­ri­nə da­nı­şır­lar. Elə ak­tyor var ki, qış­qı­ra-qış­qı­ra iki sa­at şer oxu­yur, bir mis­ra da ada­mın ya­dın­da qal­mır. Elə ev­də öv­la­dın­la da, yol­da­şın­la da, qon­şunla da da­nı­şan­da nə da­nış­dı­ğı­na fi­kir ver­mə­li­sən. Aktyor da var ki, bir cümləsi ilə tamaşaçının qəlbinə yol tapır”. Muxtar Maniyev aktyorluq sənətinə vərdiş kimi baxmırdı. Ona görə, obraz yaratmaq istedadlı adamların işi idi: "Aktyor­luq sə­nə­ti ilə məş­ğul olan ada­mın vər­di­şi ol­ma­ma­lı­dır. Çün­ki o, tə­zə­lə­şə bil­məz. İn­sa­nın vər­diş et­di­yi müx­tə­lif hə­rə­kət­lər bir rol üçün ya­ra­yar. Am­ma son­ra­kı rol­lar üçün düz gəl­məz. Ak­tyor is­tər te­atr­da, is­tər­sə ki­no­da bir rol oy­na­ma­ğa baş­la­yan­da gə­rək bü­tün şey­lə­ri unu­dub xam tor­paq, tə­miz və­rəq ol­sun. Ona gö­rə də ak­tyor az ye­ti­şir. Axı ak­tyo­run nə fır­ça, nə qə­lə­mi, nə tu­şu var. Hər şe­yi an­caq öz hiss­lə­ri­nin he­sa­bı­na edir”.

Muxtar Maniyev şöhrətin zirvəsinə asanlıqla yüksəlməmişdi. Sənətin daşlı-kəsəkli yollarından keçmiş, maneələrlə qarşılaşmışdı. Haqsızlıqlar çox görmüşdü. Sənət aləmində rastlaşdığı səmimi olmayan münasibətlər onu çox incidirdi: "Bi­zim in­cə­sə­nət­də ümu­miy­yət­lə, is­te­dad­lı ada­ma yer yox­dur. Ha­mı bir-bi­ri­nin ba­şın­dan vu­rur. On­la­rın için­də bir, ya da iki nə­fər adam tap­maq olar, de­sin ki, bu is­te­dad­lı­ya kö­mək et­mək la­zım­dır. Axan su­yun qa­ba­ğı­nı tə­miz­lə­mək la­zım­dır ki, axıb get­sin. Am­ma mə­nim qa­ba­ğı­ma hə­mi­şə cür­bə­cür ma­neə­lər qo­yub­lar. Özü də ba­la­ca adamlar tə­rə­fin­dən qo­yul­ma­yıb bu ma­neə­lər. Ba­la­ca uşa­ğa nə var ki, say­maz­san ke­çər­sən. Bu ma­neə­lər yük­sək sə­viy­yə­li adam­lar tə­rə­fin­dən qarşıma qo­yu­lub”. Qarşılaşdığı maneələr bəzən oynamaq istədiyi, hətta təs­diq olun­du­ğu rolları əlindən alıb. Bu anları yaşamaq nə qədər əzablı olsa da, dözüb, tab gətirib: "Filmlərdə mənim əvəzimə baş­qa adam - özü də mən­dən qat-qat zə­if adam çə­kir­di­lər. Hət­ta bir də­fə iş o ye­rə gə­lib çat­mış­dı ki, de­miş­di­lər fil­min di­rek­to­ru­nu çə­kin, Mux­tar Ma­ni­ye­vi çək­mə­yin. Mə­nim təs­diq olun­du­ğum ro­la Sə­mən­dər, Şah­mar, Hə­sən Məm­mə­dov çə­ki­lib. Ro­lum bə­dii şu­ra­da təs­diq olu­nub. Qo­naq­lı­ğın da elə­mi­şəm. Sə­hər gə­lib gö­rü­rəm ki, baş­qa adam çə­ki­lib. Bun­lar ürə­yə zər­bə­dir. Bu zərbələrin hamısını yaşamışam”.

Muxtar Maniyev xəstələndiyi, ayağının səhnədən, kino meydanlarından çəkildiyi günə qədər sənətdən ayrılmayıb. Amansız xəstəlik yaxasını tanıyanda daim işləməyə alışan aktyoru yatağa möhtac edib. Təsəllisi isə Azərbaycanın kino və teatr tarixinə bəxş etdiyi, tamaşaçıların yaddaşında əbədiləşən rolları olub. Aktyoru ölümsüz edən, ürəklərdə və xatirələrdə yaşadan da budur. O, özü də sənət aləmində hər kəsin öz yerinin olduğunu bilirdi. "Bu dünyada heç kim başqasının yerini tuta bilməz. Hər kəsin öz yeri var”. Bu da onun sözləri idi...
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər