• şənbə, 20 Aprel, 17:09
  • Baku Bakı 23°C

Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik təsdiqləndi

07.07.20 17:23 706
Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik təsdiqləndi
Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişikliyi təsdiqləyib.
Trend-in məlumatına görə, dəyişikliyə əsasən, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək.
İndiyə qədər hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində sadəcə peşəkar çatışmazlıqlar aşkar edildikdə onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilirdi.
banner

Oxşar Xəbərlər