• cümə, 26 Aprel, 19:57
  • Baku Bakı 22°C

Məhəmməd Füzulinin oğlunun şeirləri tapılıb

04.01.18 15:30 1681
Məhəmməd Füzulinin oğlunun şeirləri tapılıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkar edib. Mənbələrin verdiyi məlumata görə, Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı əlimizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeir yazdığını, mənzum tarix söylədiyini bildiriblər.
Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.
banner

Oxşar Xəbərlər