Məhəmməd Füzulinin oğlunun şeirləri tapılıb
AMEA-nın
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov
Ankara Milli Kitabxanasında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin oğlu Fəzlinin
iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkar edib. Mənbələrin verdiyi məlumata
görə, Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan
dillərində şeirlər yazıb. Lakin şairin divanı əlimizə gəlib çatmayıb. Müasirləri
onun müəmma janrında şeir yazdığını, mənzum tarix söylədiyini bildiriblər.
Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin
üzə çıxarılacağına ümidləri artırır.