• cümə, 26 Aprel, 17:35
  • Baku Bakı 23°C

Media ilə bağlı istənilən məsələnin müzakirəsinə hazırıq

22.05.13 09:15 1571
Media ilə bağlı istənilən məsələnin müzakirəsinə hazırıq
APA-nın məlumatına görə, bu fikirləri “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O bildirib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutları, KİV-lə, yerli və beynəlxalq qurumlarla, o cümlədən hakimiyyətin digər qanadları ilə insan hüquqları sahəsində prinsipial məsələlərə dair dialoqların keçirilməsini təqdir edir və dəstəkləyir: “Hər bir dialoq, fikir mübadiləsi sonda optimal yolların tapılmasına şərait yaradır, fərqli fikirlərin ümumi ortaq nöqtələrdə uzlaşdırılması üçün müvafiq qurumlara əlavə dəstək verir. Bu anlamda insanların mətbuatla, medianın cəmiyyətlə münasibətləri məsələlərinə toxunulması, Azərbaycan cəmiyyətində aktual məsələlərdəndir”.
Əli Həsənov qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm bölmələr 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında öz əksini tapıb: “Bu Konstitusiyadan sonra qəbul olunan əksər qanunlar və təşəbbüslər cəmiyyətdə insan hüquqlarının təminatının dolğunlaşdırılması, beynəlxalq aləmdə mövcud olan ən qabaqcıl təcrübələrin öyrənilməsi və cəmiyyətdə tətbiqinə yönəlib. Biz elə bir cəmiyyət arzulayır və çalışırıq ki, insanların hüquqlarının balansı qorunsun, hüquqlar dolğun təmin olunsun və hər bir vətəndaş Azərbaycan cəmiyyətinə inamını hiss etsin. Əlbəttə bunun üçün qanunvericilik təşəbbüsləri bu istiqamətə yönəlməlidir”.
banner

Oxşar Xəbərlər