AZE | RUS | ENG |

Mədəniyyət və Turizm Nazirliyi Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib

Mədəniyyət və Turizm Nazirliyi Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib
Mədəniyyət və Turizm Nazirliyibəstəkar Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib. 
 
Naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya bildirib ki, nazirlik dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri həyata keçirib: "Təzə Pir məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik".
 
Qeyd edək ki, Tahir Əkbər martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsi onun üçün Yasamal qəbiristanlığında ayrılan yerdən razı qalmayıb, Tahir Əkbərin məzarını dəyişdirərək, onun nəşini atasının yanında dəfn edib. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2354
TRY 1 Türk lirəsi 0.2664
KWD 1 Küveyt dinarı 5.6142
SEK 1 İsveç kronu 0.1909
EUR 1 Avro 1.9848
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7000