• cümə, 26 Aprel, 14:43
  • Baku Bakı 23°C

Maştağa-Nardaran avtomobil yolu yenidən qurulacaq

06.06.18 18:15 572
Maştağa-Nardaran avtomobil yolu yenidən qurulacaq
Prezidentİlham ƏliyevSabunçu rayonunun Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,5 milyon (doqquz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
banner

Oxşar Xəbərlər