• cümə, 26 Aprel, 19:22
  • Baku Bakı 22°C

Maryo Deyvid: "Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edir"

12.04.18 11:45 416
Maryo Deyvid: "Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edir"
Mərkəzi Demokrat Beynəlxalq Hərəkatına üzv Partiyalarının 24 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.
APA-nın xəbərinə görə, nümayəndə heyətinin Portuqaliyadan olan sədri Maryo Deyvid bildirib ki, Azərbaycanda prezident seçkilərinin önə çəkilməsi ilə bağlı qərar legitimdir, çünki bu, qanunvericiliyə əsaslanıb.

Onun sözlərinə görə, dünən keçirilən prezident seçkiləri müsbət məqamlarla yadda qalıb: "Bütün namizədlərə platformalarını irəli sürmək üçün imkan verilib. Hətta seçkiləri boykot etmiş partiyaların belə birgə nümayiş keçirilməsinə imkan verilib. Seçki kampaniyası dövründə toplaşma, birləşmə, söz və vicdan kimi insan hüquqları məhdudlaşdırılmayıb".
O bildirib ki, seçki günü səsvermə prosesi milli qanunvericiliyə uyğun və texniki cəhətdən səmərəli təşkil edilib: "Səsvermənin açılışından bağlanmasına qədər bütün mərhələləri müşahidə etdik. Seçki günü seçkinin nəticəsinə təsir göstərə biləcək ciddi pozuntular müşahidə edilməyib. Azad, səmərəli və şəffaf seçki keçirilib. Bu səbəbdən biz əminik ki, bu seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edir".
banner

Oxşar Xəbərlər